Müdafiə Nazirliyindən məlumat var

gulu1096
*Mayın 31-də Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib*.

*Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcədə video görüş vasitəsi ilə işğaldan azad edilmiş birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub*.

*General - polkovnik Z. Həsənov son günlər Kəlbəcər və Laçın sahələrində Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində yaranmış vəziyyəti təhlil edib. O, əməliyyat şəraiti ilə bağlı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarını və qarşıya qoyduğu vəzifələri müşavirə iştirakçılarına çatdırıb.*

*Xidməti-döyüş fəaliyyətinin təşkili ilə bağlı məsələləri xüsusi qeyd edən Müdafiə Naziri düşmən təxribatlarının qarşısının alınması ilə bağlı azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrin komandanlığına qətiyyətli addımların atılması və çevik tədbirlərin görülməsini tapşırıb.*


*Allah ordumuzu qorusun✊🏻🇦🇿*