müasir qlobal problemimiz-mütaliə

nazrinmalikova
Qlobal problem dedikdə ağlımıza ilk nə gəlir? Ətraf mühitin çirklənməsi,qlobal istiləşmələr,yoxsa zərərli maddələrin ozon qatına ciddi təsiri? Əlbəttə,bunların hər biri mühüm əhəmiyyət kəsb edən problemlərdir.Fəqət bu məqamda diqqətinizi dövrümüz üçün daha aktual olan bir problemə yönəltmək istəyirəm-mütaliə.Sözsüz ki,kitab oxuyub oxumamaq hər kəsin öz individual düşüncəsidir.Mütaliəsiz yaşam kütləvi hal aldıqda bizə görə təhlükəyə çevrilmiş olur.
İnsanlardan soruşanda ki,nəyə görə mütaliədən qaçırsınız,ya bunu inkar edirlər,ya da vaxt azlığından şikayət edirlər.Yaxşı,əgər inkar edirlərsə,metro qatarlarında gördüyümüz yüzlərlə qulaqcıqlı insanlar kimlərdir? Digər iki şikayətlənmə bəhanədən başqa bir şey deyil,təbii ki.Bu problemləri aradan qaldırmaq üçün,əvvəla,kitab oxumanın üstünlüklərindən bəhs etmək istəyirəm:
1) Ətrafınızdakılar monoton həyat yaşayanda siz yüzlərlə fərqli həyatı təcrübədən keçirirsiniz,yüzlərlə insanın beynində gəzişirsiniz.
2) Hər bir vəziyyəti izah edəcək doğru ifadəni tez tapırsınız.Söz ehtiyyatınız kifayət qədərdir.
3) Kitabda qarşılaşdığınız insanlar sizin üçün bir növ terapiyadır.
4) Əldə etdiyiniz zəngin bilgilər sayəsində saysız hesabsız söhbət mövzuları aça bilirsiniz.
5) Hər bir situasiya üçün misal gətirə biləcəyiniz dəyərli kəlamlara maliksiniz.

Hələ də mütaliə barədə eyni fikirlərə sahibsiniz mi? Unutmayın ki,kitab oxumaq bir peşədir.Bəlkə də,yazmaq qədər çətin bir peşə.Çünki oxuduğunuz hər bir cümləni incəliklərinə qədər dərk etməlisiniz.Əgər bunu bacarmasanız,kitabın sonunda böyük bir 'heç' əldə etmiş olarsınız.Kitab seçərkən bəzi insanlar üz qapağına əsasən qərar verirlər.Lakin o kitabın səhifələri arasındakı maraqlı səyahətdən heç birinin xəbəri olmur.Tövsiyə edirəm bu hərəkətə uymayasınız.Yaxşı kitab oxuyanda bizə elə gəlir ki,yeni dost qazanmışıq.Həmin kitabı təkrar oxumaq yüz illərin ən yaxşı insanları ilə söhbət etmək,köhnə dostu yenidən görmək kimidir.Həyatınız boyu ən yaxşı dostları seçib,ən gözəl söhbətləri etməniz diləyi ilə.Xoş mütaliələr!
müasir qlobal problemimiz-mütaliə
foto