mors əlifbası

ilkane musayeva
mors əlifbası
foto
☏︎ Mors əlifbası ☏︎

Mors əlifbası ya da Mors kodu; əlifbanın hərflərini, sayları və duyğu işarələrini nöqtə, xətt və boşluqlarla təmsil edən bir sistemdir. Kodlar müxtəlif uzunluqlu elektrik impulsları və ya yanıb sönən işıqlar kimi mexanik və ya vizual siqanallar vasitəsilə ötürülür. Mors əlifbası latın əlifbasının hər bir hərfi ilə əlaqələndirilmiş və məlumat ötürmək üçün istifadə edilən bir əlaqə vasitəsi olmuşdur. Mors (ing: Morse), adını ixtiraçısından, telegrafı icad edən Samuel Finley Breese Morse'dən (27 aprel 1791- 2 aprel 1872) almışdır.

Morse, 24 may 1844'də Vail'ə tarixi ilk mesajını göndərdi: "What hath God wrought!" ("Tanrı nə etdi!" Mənasında İncil'dən bir cümlədir). Bu sistem sonralar Amerika və dünyaya yayıldı. 1861-ci ildə Western Union ilk qitələrarası telegraf xəttini qurdu və bu ilk teleqraf şirkəti oldu. XlX əsrin sonlarına doğru Avropada geniş yayılmış sistemlər meydana gəldi və 1866-cı ildə ilk qalıcı telegraf xətti müvəffəqiyyətlə Atlantik okeanına göndərildi. 1940'ə qədər Atlantikdə 40 telegraf xətti meydana gəldi.

Mors kodunun əhəmiyyəti nədir?

Mors kodunun icadı ilə əlaqə qurma yolu bir anda dövr keçdi. Mors kodu, uzun məsafələrdə ən sürətli şəkildə əlaqə qurulmasını təmin etdi. Dənizlərdəki gəmilər işıqlarını istifadə edərək uzun məsafələrə əlaqə qurmağı bacardılar. Morse kodu II Dünya Müharibəsi dövründə xüsusi əhəmiyyət qazandı.

Mors kodu həmçinin, təcili siqnal və ya problem çağırışı olaraq bilinən SOS'u kodlaşdırmaq üçün də istifadə olunur; SOS üç nöqtə, üç xətt və üç nöqtə (... −−− ...... --- ...... −−− ...) kimi kodlanır.
*⚠︎* SOS-un bəzi sözlərin bir qısaltması olduğunu düşünərək bir çox genişləndirmə qurulmuşdur, lakin SOS-un genişlənməsi yoxdur (etimoloji cəhətdən köhnə ingilis dilində istifadə olunan "save our souls" "ruhlarımızı xilas edin" ifadəsindən irəli gəldiyi düşünülür). Ancaq böyük ehtimalla, sadəcə üç nöqtə, üç xətt və ardından 3 nöqtəni yadda saxlamaq və kodlaşdırmaq rahat olduğu üçün SOS hərfləri seçilmişdir. SOS kodlaşdırma, ilk dəfə Almanya hökuməti tərəfindən 1 aprel 1905-ci ildə tətbiq edildi. 3 noyabr 1906-cı ildə Uluslararası Radio-Telegraf Sözləşməsi tərəfindən qəbul edilmiş və 1 iyul 1908-ci ildə dünyada tətbiq edilməyə başlamışdır.

Not: Nokia'nın məhşur mesaj səsi sürətli oxunduğunda "dı dı dıt dııı dıııı dı dı dıt" şəklində idi. Mors kodunda: "Dıt-dıt-dıt daa-daa dıt-dıt-dıt" olur. Mors əlifbasında isə: "...--......--.....--..." şəklində olur. Hərflərlə çevirdikdə, SMS hərflərinin Mors kodunda olduğunu görürük. SMS də, qısa mesaj servisi anlamına gələr "Short Message Service" sözlərinin baş hərfləridir.