milli qəhrəman ilham əliyev

huseynovaa
milli qəhrəman ilham əliyev
foto
İlham Müzəffər oğlu Əliyev 5 may 1961- ci ildə Gədəbəy şəhərində anadan olub. Orta məktəbi 1978 - ci ildə bitirmiş, 1980 - ci ildə hərbi xidmətə çağırılmışdır. 1983 - ci ildə onu DIN - nin təyinatı ilə İsmayıllı rayon Daxili İşlər Şöbəsinə işə qəbul edirlər. Bir müddətdən sonra işini Gədəbəy şəhər Daxili İşlər Şöbəsinin mühafizə bölməsinə dəyişirlər. İlham Əliyev 1985- ci ildə Brianski Xüsusi orta Milis Məktəbinə daxil olur. 1987 - ci ildə Gədəbəy şəhərində sahə müvəkkili, Gəncə şəhər Daxili İşlər Şöbəsində sahə müfəttişi, sonra cinayət axtarış bölməsində əməliyyatçı vəzifələrində çalışır. Azərbaycan Respublikası prezidentinin 6 iyul 1992-ci il tarixli 831 saylı fərmanı ilə İlham Müzəffər oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Milli Qəhrəmanımızın anası Sona xanım deyirki :
" Ermənilər bizim üstümüzə faşistcəsinə qalxanda İlham Qazağa getdi necə şücaət gösdərdi, məktəbi mühasirəyə aldı və necə yaralandı. Yaralananda onun yoldaşları isdeyiblərki onu Qazaxğa xəstəxanaya gətirsinlər. Çox çətinlik çəkiblər, maşınla gələ bilməyiblər, atəşə tutublar ve zornan xəstəxanaya gətiriblər.
İlhamı Qazağa gətirən döyüşçülər yol boyu erməni quldurları ilə atışmali oldular. Yol boyu xeyli qan itirməsinə baxmayraq İlham özünü itirmədi. Amma buna baxmayaraq bir neçə saat sonra cərrahiyyə müdaxilələrindən sonra özünə gəlmir və xəstəxanada dünyasını dəyişdi.
1990 - cı il 19 avqust leytenant Qazağin Əskipara kəndində dünyasını dəyişir.
Ailəli idi bir övladı var
Gədəbəy şəhər 1 saylı məktəb şehidimizin adını daşıyır.

Paylaşım haqqında rəylər

Bu başlıqdakı paylaşımları gör