metal dedektorla tapılmış qızıl üzük tarixi xəzinə imiş

besti18

metal dedektorla tapılmış qızıl üzük tarixi xəzinə imiş
foto
Böyük Britaniyanın Men adasında metal dedektorla tapılmış qızıl üzük tarixi xəzinə elan edilib.

Goldnevs.ml Oxu.az-a istinadən bildirir ki, bu barədə "Haber Global" xəbər yayıb.

Büllurla bəzənən qızıl zinət əşyasının Stüartlar dövrünün matəm üzüyü (ölən birinin xatirəsinə hazırlanırdı) olduğu düşünülür.

"Manx National Heritage" təşkilatının arxeoloqu Elison Foks üzüyün keyfiyyətinin onun yüksək statusa malik biri üçün hazırlandığını göstərdiyini bildirib.

Ehtimal edilir ki, zinət əşyası 1651-ci ildə vətəndaş müharibəsi zamanı "Girdəbaşlar" (parlament tərəfdarları) tərəfindən edam edilən Derbi qrafı Ceyms Stenliyə aid olub.
metal dedektorla tapılmış qızıl üzük tarixi xəzinə imiş
fotometal dedektorla tapılmış qızıl üzük tarixi xəzinə imiş
foto