Mən səni sevəndə yaz havasıydı

gulu1096
```Mən səni sevəndə yaz havasıydı,
Neyləyim, taleyin gözü tökülsün.
Həyatım əlində quş yuvasıydı,
Quran özün oldun, uçuran özün.

Mən səni sevdim ki, yoldaş olasan,
Həyatın ən ağır, dar yollarında.
Demədim axırda bir daş olasan,
Qədim qəbristanda, yol kənarında.

Mən səni sevdim ki, yuyur, qaç, oyna,
Yenə seçilməsin ətrin bahardan.
Demədim təzədən gizlənpaç oyna,
Axşam yuxuma gir, səhər qaç ordan.

Yadıma nə düşür!-sənin ad günün,
Biz qoca deyirdik, dünya təzəymiş.
İli yox, həyatda insan ömrünün,
Anı da tarixi bir hadisəymiş.```

*_✒️Nəriman Həsənzadə_*