mən kiməm

nurlan mamiyev
Mən Kiməm?
mən kiməm
foto

İnsanlıq tarixi ərzində bu iki söz şairləri boş səhifəyə, fəlsəfəçiləri agoraya və axtarış içində olanları kahinlərə yönəltdi. "Mən kiməm?" Apollo məbədinə qazınmış antik yunan aforizmi olan
"Özünü bil" dən The Whonun rock marşı "Sən kimsən?"ə fəlsəfəçilər, psixoloqlar, akademiklər, elm insanları, sənətçilər, siyasətçilərin hamısı şəxsiyyət mövzusunu ələ aldılar. Ortaya atdıqları hipotezlər çox növlü və fikir birliyindən məhrum idilər. Bunlar ağıllı və yaradıcı insanlar idi. Bəs belədirsə, düzgün cavabı tapmaq niyə bu qədər çətin idi? Çətinliklərdən biri qətilik ilə qarışıq bir anlayış olan şəxsiyyətin davamlılığında dayanır. Hansı sən kimdir? bugün olduğun sənmi? 5 il əvvəlkimi? 50 il sonra olacağınmı? Və nə zaman mənəm? bu həftəmi? bu günmü? bu saat mı? bu saniyəmi? Və sənin hansı tərəfin səndi? fiziki bədəninsən? yoxsa hiss, düşüncə və davranışlarınmı? Yunan tarixçisi Plutarx bu qarşıqlığı göstərmək üçün bir gəminin hekayəsini belə izah edir. Necə mənsən? Hekayə belədir: Theseus, Atinanın əfsanəvi qurucu kralı, Giriddəki pis minatauru ( yəni yarı insan yarı öküz canavarı ) tək başına öldürüb bir gəmi ilə evə qayıtmışdı. Bu qəhrəmanca qalibiyyəti mükafatlandırmaq üçün Atinalılar 1000 il müddətində gəmini çox diqqətlə limanda saxladılar və hər il onun səyahətini təkrarladılar. Gəminin bir hissəsi nə vaxtsa köhnəlsə və ya zədələnsə, eyni materialdan hazırlanmış eyni bir hissə ilə dəyişdirilirdi. Taki heçbir orijinal hissə qalmayana qədər. Plutarx, Theseusun gəmisinin şəxsiyyətinin davamlı ətrafında fırlanan fəlsəfi paradoksun bir nümunəsi olduğuna diqqət çəkmişdi. Bir şeyin hər parçası dəyişdirilərsə necə ola bilər ki, yenə də eyni şey olaraq qala bilər? 2 dənə gəmi olduğunu xəyal edək: Theseusun Atinada saxladığı gəmi, məsələn, buna A gəmisi deyək və 1000 il sonra Atinalılar tərəfindən istifadə olunan digər gəmiyə isə B gəmisi deyək. Qısaca sualımız belədir- A B-ə bərabərdir? Bəziləri 1000 il içərisində sadəcə bir dənə Theseusun gəmisi olduğunu və onun üzərində edilən dəyişikliklərin onu o əfsanəvi gəmi olmaqdan çıxarmadığını deyəcək. Heç bir ortaq nöqtələri olmasa da iki gəmi bütünlükdə eynidir, beləcə A B-ə bərabərdir. Lakin digəri isə Theseusun heç vaxt B gəmisinə ayaq basmadığını və onun varlığının, Theseusun gəmisinin əsas xüsusiyyətlərindən biri olduğunu müdafiə edə bilərlər. Yəni, iki gəmi eyni olsa da keyfiyyət olaraq eyni deyildir; A B-ə bərabər deyildir. Bəs bu qarmaşıqlığı əsas götürdüyümüzdə necə olacaq? Bəlkə kimsə, orijinal gəminin hər bir parçası atıldıqca onları yığıb, orijinal gəmini bütünlükdə yenidən inşa edibsə? İnşa bitdiyi vaxt inkar edilə bilinməyəcək formada iki fiziki gəmi olardı. Atinada saxlanılan gəmi və başqa bir adamın bağçasındakı gəmi. Hər iki gəminin də Theseusun gəmisi olduğu iddia edə bilərdi. Amma yalnızca biri həqiqətən o gəmi olacaqdı. Həqiqət olan hansıdır? və daha da vacibi, bunun sizin ilə nə əlaqəsi var? Eyni Theseusun gəmisi kimi siz də davamlı dəyişən hissələrin bir yığmasısız. Fiziki bədəniniz, ağlınız, duyğularınız və hətta zarafatlarınız belə, davamlı dəyişirsiz amma, yenə də inanılmaz və bəzən də məntiqsiz bir şəkildə siz də eyni olaraq qalırsız. Bu, "Mən kiməm?" sualının bu qədər qarmaşıq olmasının səbəblərindən biridir. Bu sualı cavablandırmaq üçün, sizdən əvvəlki çoxlu sayda mükəmməl beyin kimi dibsiz, fəlsəfi paradoks okeanına baş vurmağa istəkli olmalısınız ya da, bəlkə sadəcə belə cavab verə bilərsiniz: - "Mən güclü bir gəmidə tarixi bir səyahət edən əfsanəvi bir qəhrəmanam".Seçim sizə məxsusdur.wink