melanin

shabi
*Melanin* — bir çox orqanizmlərdə rast gəlinən piqment - rəng verən zülal. İnsanda da rast gəlinir. Dəriyə, saçlara, gözə , mərkəzi sinir sisteminin müəyyən hissələrinə tünd rəng verir. Melanin əmələ gətirən hüceyrələrə melanosit deyilir. İnsan dərisində bu piqmentin olması , qoruma xarakteri daşıyır . Melanin əlavə günəş şüalarını udaraq dəri və gözlərimizi günəş şüalarının zərərli təsirindən qoruyur. Günəş şüalarına çox məruz qaldıqda dəridə melanin artır. Tünd dərili şəxslərdə açıq dəri rənginə sahib şəxslərə nisbətən daha çox rast gəlinir. Melanin çatışmazlığı olan şəxslərin dəriləri çox ağ, gözləri qırmızı olur. Bu hal albinizm adlanır.Məlumdur ki, canlıların gözlərinin rəngi müxtəlifdir. Bu rəngi təmin edən də piqmentlərdir. “Melanin” gözə rəng verən piqment maddələrdən biridir. Saçınıza və dərinizə rəngini verən maddə də melanindir. Ancaq melaninin vəzifəsi təkcə rəng vermək deyil. Tədqiqatçılar gözdə olan melanin maddəsinin həm gözün zərərli şüalardan qoruduğunu, həm də görmə qabiliyyətini gücləndirdiyini müəyyən ediblər. Təbiətdə işığın səbəb olduğu zərərli təsirlərə qarşı ən təbii qoruyucu olan melanin maddəsi, xüsusilə, yüksək enerjili işıqları zəif enerjili işıqdan daha güclü şəkildə udur. Yəni mavidən çox ultrabənövşəyi şüaları, yaşıldan çox mavini udur. Bu yolla melanin gözün linzasını zərərli bənövşəyi və ultrabənövşəyi şüalardan qoruyur. Retinanın toxumasına zərər verən rəngləri müəyyən nisbətlərdə süzgəcdən keçirərək retinanın ən ideal səviyyədə qorunmasını təmin edir. Beləcə, sarı nöqtə xəstəliyi riskini azaldır. Göz melanini az olan insanlarda bu xəstəlik daha sıx müşahidə olunur.