maraqlıdır...

sehranin guli
1816-cı ilin sentyabr ayında, havaların Parisdə sərin keçdiyi bir gündə 35 yaşlı fransız həkim Rene həyətdə oynayan 2 uşağın uzun bir parçadan və taxta hissələrdən istifadə edərək bir-birlərinə siqnal göndərdiyini müşahidə etdi.

Həmin il ürək ağrısı şikayəti ilə bir gənc qadın həkimimiz Renenin qəbuluna gəlir. Həkim xəstəni müayinə etmək üçün qulağını qadının sinəsinə söykəməyə məcbur olur. Xəstənin cinsi və yaşı səbəbi ilə Dr. Rene bu vəziyyət səbəbilə utanc hiss edir. Həkim bu problemi həll etmək barədə düşünəndə həmin oynayan uşaqlar yadına düşür.

Rene Laennek bu məsələnin üzərində 3 il işləyir və bu gün tibb deyiləndə ağla gələn bir neçə ikonik şeydən birini - stetoskopu icad edir. Amma bir dəfə də qayıdıb demir ki, mən sizin üçün işləyirəm, qəhrəmanam mən. Yaxşı, zarafat edirəm, bəlkə də deyib.

✅ Mənbə: National Center for Biotechnology Information

Entry hakkında yorumlar

bu başlıktaki tüm girileri gör