Maraqlı məlumatlar

gulu1096
*_✍🏻Dünyada ən qədim hərf, “O” hərfi hesab olunur. Bu hərf bizim eradan əvvəl təxminən 1300 il bundan qabaq fin əlifbasında meydana gəlib. Hazırda “O” hərfi dünyada olan əlifbaların 65-nin içərisində mövcudur._*


``*_Qədim Roma qadınlarının heç birinin şəxsi adı yox idi. Onlar yalnız qəbilələrinin adını daşıyırdılar. Məsələn, Yuliya nəslində dünyaya göz açan qızın adı Yuliya qoyulurdu. Əgər bir ailədə ikinci və ya üçüncü dəfə qız uşağı dünyaya gəlirdisə, o zaman onlara Yuliya 1 və ya Yuliya 2 adları qoyulurdu._*


` *_🥩Norveçdə əksər restoranlarda yediyiniz yemək sizə dadsız gəlirsə onun pulunu ödəmədən çıxıb gedə bilərsiniz. Bu barədə heç kim sizinlə mübahisə etməyəcək._*


*_⚰Nepalın Açam bölgəsindəki meşələrdə yaşayan Raute qəbiləsi bu günə kimi yaşamını sürdürə bilən dünyanın ilk qəbilələrindəndir. Son məlumatlara görə, qəbilənin hazırda 156 üzvü qalıb. “Raute” qəbiləsi meşələrə güclü bağlıdırlar. Onlar toxum əkməyin günah olduğuna inandıqları üçün kənd təsərrüfatı ilə məşğul olmurlar. Qəbilə daha çox ovçuluq fəaliyyəti ilə məşğuldur. Ən məşhur qidaları isə meymun ətidir. “Route” qəbiləsinin ən qeyri-adi adəti isə ölülərini dik basdırmasıdır. Onlar beləcə ölən qəbilə üzvünün ruhunun cənnətdə azadlığa qovuşacağına inanırlar._*