Lahat raketləri (LAser Homing ATtack missile)

nurlan mamiyev
🇮🇱🇦🇿 Ordumuzun da silahlanmasında yer alan "LAHAT" lazer nişangahlı zərbə raketi (LAser Homing ATtack missile). 🇦🇿🇮🇱

Kiçik ölçülü, yüngül çəkili LAHAT raketlərinin üstün cəhətlərindən biri Həm Gəmi, Həm Helikopter Həm Transportyor (və ya Tank) Həm də Stabil platformalarında istifadə olunmasıdır.

Tanklarda 105 və ya 120 mm topdan atəş açılması ilə, digər platformalarda isə boru-çəndən buraxılma ilə raket hədəfə yönəlir. Həm görmə məsafəsində həm də görmə məsafəsindən uzaqda olan hədəfləri yüksək dəqiqliklə məhv edir. Digər raketlərdən fərqi məhvetmə məsafəsinin maksimal uzaqlığında belə öz dəqiqliyini qorumasıdır.

● Maks. məhvetmə uzaqlığı: 8000 m
● Diametri: 105 mm
● Uzunluğu: ~1 m
● Ağırlığı: 12.5 kg
● Döyüş başlığı: 2.5 kg
● 4 borulu buraxıcı qurğunun ağırlığı: <70 kg
● İstehsalçı: İsrail

Qeyd edək ki "LAHAT" raketinin Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində həm transportyora, həm də helikopterə quraşdırılmış versiyaları nümayiş olunub.
Lahat raketləri (LAser Homing ATtack missile)
foto
Məlumatı hazırladı: ©fb.com/start.aze
"Xüsusi Təyinatlı Qüvvələr" səhifəsi