kondisionerin ixtirası

ilkane musayeva
kondisionerin ixtirası
foto
Kondisionerin İxtirasi

Beləki, 1950-ci ildən başlayaraq kondinsionerlər ABŞ-da məişət malları kimi satışa çıxarılır. Avtomobillərdə isə kondinsionerlərin tətbiqi 1938-ci ildən başlamışdır.

Keçmiş SSRi-də ilk kondinsioner zavodu 1970-ci illərdə Bakıda salınır. Bu zavod Yaponiyanın Hitaşi firmasının lisenziyası əsasında məişət kondinsionerləri hazırlayır. 80-ci illərdə Bakı kondinsionerləri zavodu ildə 400-500 min ədədə qədər məhsul buraxırdı. Bunlardan hər 100-150 mini xaricə ixrac olunurdu. Bakı kondinsionerlərinin ən böyük alıcısı Kuba sayılırdı, onlar ildə 700 ədəd kondinsioner alırdılar. Başqa eksport ölkələri Çin, İran, Misir və Avstraliya idi. Bakı kondinsionerləri öz qabariti və səsi ilə başqa xarici kondinsionerlərdən geri qalsalar da, onların uzunömürlülüyü çox yüksək idi. Bu kriteriyaya görə onunla heç bir xarici ölkədə istehsal olunmuş məmul rəqabətə girə bilmirdi.

SSRi dağıldıqdan sonra Bakı kondinsionerləri zavodu da iqtisadi cəhtdən problemlərlə üzləşir. Alıcılarını itirən zavod tənəzzülə uğrayır. Beləki, onun 6000 işçisindən yalnız təxminən 500-ü qalaraq kondinsionerlərin təmiri ilə məşğul olurlar.