kitablar haqqında maraqlı faktlar

ilkane musayeva
kitablar haqqında maraqlı faktlar
foto
Kitablar haqqında 5 maraqlı fakt:

1) Dünyanın ən kiçik kitabı:

Dünyada ən kiçik kitab olaraq qəbul edilən “Dörd fəslin çiçəkləri”, 22 səhifədən ibarətdir. 0.75 x 0.75 millimetrlik ölçüyə malik olan kitab Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. Yaponiyadakı “Toppan nəşriyyat” evi tərəfindən nəşr olunan kitab hazırda ölkəmizdə qorunmaqdadır. Əlbəttə ki, bu kitabı oxumaq üçün xüsusi mikroskop və ya lens tələb olunur.

2) Xarici dillərə ən çox tərcümə edilən kitab:

Antoine de Saint-Exupéry-in 1943-cü ildə nəşr etdirdiyi “Balaca şahzadə”ni yəqin ki, aramızda oxumayan yoxdur. Bütün zamanların ən çox oxunan və ən yaxşıları arasında özünə yer edən kitab, həmçinin Le Monde-un 1000 kitabı siyahısında da yer almaqdadır. 7-dən 70-ə hər kəsə xitab edən kitab indiyə qədər 253 dil və ləhcəyə çevrilmişdir. “Balaca Şahzadə”ni isə bu yolda başqa bir nağıl kitabı olan Pinokyo izləməkdədir.

3) İlk mətbəə:

Bir çox yenilik kimi ilk mətbəə də çinlilərin ixtirasıdır Çində yaranmış bu mətbəə ağac oyma və presləmə texnikasına əsaslanırdı. Yəni dünyanın ilk mətbəəsi hər hansı bir mexanikaya əsasən fəaliyyət göstərmirdi. Hərflərdən tək-tək istifadə olunması isə yenə də çinlilər tərəfindən 1040-cı illərdə yaranıb.

4) İndiyədək ən çox satılan kitab:

Bu günədək ən çox satılan kitab Charles Dickensin 1859-cu ildə nəşr etdiyi “İki şəhərin hekayəti” adlı romandır. Kitabın təxminən 200 milyon nüsxəsi satılıb və hələ satılmağa davam edir. Kitabın  orijinal adı “A Tale of Two Cities”dir. İngilis dilində çap edilmiş bu kitab Fransız İnqilabı zamanı baş verən hadisələrdən bəhs edir.

5) Ən qısa vaxtda yazılan kitab:

Ən çox sevilən və oxunan uşaq kitablarından olan “Zolaqlı pijamalı oğlan”, sadəcə 2,5 gündə yazılıbdır. John Boyne tərəfindən qələmə alınan kitab 2,5 gündə tamamlan bu roman indiyədək ən qısa müddətə yazılan romanları siyahısında ilk pilləyə yiyələnib.