kəkələmə

ilkane musayeva

Kəkələmə — normal nitqin pozulması. Kəkələmə xəstəlik olmasa da, bu ciddi bir problemdir.Kəkələmə çox zaman 3-5 yaşlar arasında olan uşaqlarda inkişaf edir. Oğlanlarda qızlarla müqayisədə bu pozulma daha tez-tez hallarda inkişaf edir. Bu günə kimi tibbdə kəkələmənin inkişaf etmə mexanizmi dəqiq təyin olunmayıb. Kəkələmənin inkişaf etmə səbəbləri arasında: uşağın baş beyinin funksiyalarının müxtəlif səbəblərə görə (doğuş travması, asfiksiya, baş-beyin travmaları - beyinin silkələnməsi və s., beyini zədələyən infeksiyaların keçirilməsi və s.) pozulması;
ağır psixoloji travmalar - güclü qorxu (və ya bəzən güclü sevinc) və s. var;
insan psixikasına mənfi təsir edən uzunsürən vəziyyətlər var;
Kəkələmənin çox növləri olur. Çox vaxt belə adam səsi ya uzadır, ya da eyni hecanı bir neçə dəfə təkrar edirlər. Bu zaman onların sifətində qrimaslar, sinir tikləri yaranır. Kəkələmə ağır həyəcan, gərginliklə təzahür edir. Belə adam adətən, ictimai yerlərdə, naməlum adamlarla ünsiyyətdə kəkələyirlər. Belə uşaqlar lövhə arxasında dərs danışdıqda kəkələyirlər. Təklikdə, öz yaxınları ilə olduqda onlarda problemlər olmur. Stress vəziyyətlərdə kəkələmə artır.
Bu problem uşaq vaxtı aradan çıxırsa, yeniyetmə dövründə yenidən geri qayıda bilər.
Kəkələməni uşaq vaxtlarında müalicə etmək lazımdır. Çox vaxt uşaq böyüdükdə bu problem keçib gedir. Əgər kimdəsə qalırsa bu şəxslər öz nitqlərinə nəzarət etməyi öyrənirlər.
Həkim nə edə bilər ?
Müxtəlif müalicə metodları vardır. Ancaq heç biri 100% zəmanət vermir. Əsas məsələ loqopedin müalicəsidir. Uşaq böyüdükcə kəkələmə itə bilər. Psixoloq və psixoterapevt məşqul olduqda insan psixoloji komplekslərdən azad olur. Fərdi,qrup şəklində, ailəvi psixoterapiya aparılır.