Keçmişi unutmağa çalış❗

gulu1096
Keçmişi unutmağa çalış❗
foto

🌤️Hər gün keçmişin yükünü çiyinlərimizdən atmaq, özümüzü yaşadığımız anın gətirdiyi yeni yaşantılara açmaq və istədiyimiz gələcəyi qurmaq üçün hərəkətə keçməyimiz üçün bir fürsətdir.
⚡Keçib getməsinə icazə vermək bəzən çox çətindir. Düşüncələrin, pis vərdişlərin, yalnış insan və münasibətlərin, peşmanlıqların.. siyahını istədiyimiz qədər uzada bilərik.

• İstəyərək və anlayaraq keçmişi buraxmaq qərarı verin. Bütün düşüncələri bir anda buraxmaq deyildiyi qədər asan deyil. Amma bu qərarı almaq, yaşadıqlarımıza daha şəffaf baxmamıza və bu hadisələrin bizə həqiqətən necə təsir etdiyini anlamamıza kömək edəcək.

❔• Məsuliyyət alın .Keçmişdə qalmaq sizin seçiminizdir.Anı yaşamaq və gələcək üçün addım atmaq da həmçinin. Özünüzlə danışmaqdan çəkinməyin. Anlamaq üçün soruşun: Məni keçmişdə nə və ya kim tutur? Yaşanmış hadisələrə niyə ilişib qalmışam? Keşmişi düşündükdə nə hiss edirəm? Keçmişdə yaşamaq, bu anı yaşamaqdan daha asandır? Real dünyaya, bugünə dönmək üçün bir səbəbim varmı?

🔍• Özünüzü kəşf edin.Nə sevdiyinizi müəyyənləşdirin. Bacarıq və hobbilərinizi ortaya çıxarın. Başqalarının istəklərini yerinə gətirmək yerinə öz iç səsinizi dinləyin.

🗒️• Yaxın gələcək üçün planlar qurun. Elə indi düşünün və sizin üçün nəyin vacib olduğunu qərarlaşdırın. Gələcəkdə nə olacağına dair bir fikriniz olmasa belə, kiçik bir addımla istədiyiniz yerə gedə bilərsiniz.Sizin üçün ilk sırada olan şeyləri müəyyənləşdirin, komfort zonasından çıxın və yeni şeylər sınayın. Getmək istədiyiniz yeri tam dəqiq görməyiniz vacib deyil. Vacib olan ayağa qalxıb addım atmağınızdır.

🌿• Keçmişinizdən öyrənin. Qurtulmaq istədiyiniz keçmişiniz, sizin düşməniniz deyil. Ona düşmən olaraq baxdığınız müddətcə sizi izləyəcək və mane olacaq. Bügünəcən olduğu kimi. Acı təcrübələriniz çox ola bilər, canınız çox yanmış ola bilər. Amma unutmayın ki o anlar yaşanmasaydı bugünkü siz olmazdınız. Həyatınızda olan hər hadisə və insana “dərs” kimi baxın. Üzləşməkdən qorxmayın. Keçmiş geri qayıtmayacaq, oradaki hadisələr, insanlar hər zaman arxanızda qalacaq. Yeni səhifələr yazmaq, yeni insanlar tanımaq, yeni anlar yaşamaq sizin əlinizdədir.

Son olaraq, başqalarının müdaxiləsinə, mənfi fikirlərini bildirməsinə, sizi həvəsdən salmasına icazə verməyin! Unutmayın! Keçmişdə yaşananları, sizə acı verən halları yaşayan SİZ-siniz. Bir sonraki addımın nə olacağına da siz qərar verəcəksiniz. Çünki bu sizin həyatınızdır. ♥️