kaş ki və görəsən

markalogiya
📌 "Kaş ki və görəsən sözləri zehni enerjini israf edir"

Gələcək həyəcanının həyat keyfiyyətinə böyük təsir etdiyini bildirən Prof. Dr. Nevzat Tarhan bunları deyir:

“Hər şey yaxşı gedərkən; Ya övladımın başına bir şey gəlsə, ya sinifdə qalsam və ya bir iş tapa bilməsəm kimi gələcək haqqında olmayan şeyləri düşünmək enerji israfıdır. Oturub iki ay sonra ac qalacağını düşünmək, narahat olmaq və həyəcan keçirmək məntiqli bir hərəkət deyil. Gələcək üçün narahatlıq bəzi insanlarda qəbul edilə bilər və normaldır. Narahatlığı normaldan yüksək olan insanlar zehni enerjilərini boşaldırlar. Yüksək narahatlığı olan insanlar zehni enerjini balanslı bir şəkildə istifadə edə bilməzlər. Onlar nə edirlər? 'Kaş ki' sözünü daha çox istifadə edirlər. 'Kaş ki bunu desəydim, Kaş bunu etməzdim, Niyə bu haqsızlığa düçar oldum? ' davamlı olaraq keçmişi düşünürlər. Bugünün problemləri ilə məşğul olmaq və həll etmək əvəzinə, keçmişi düşünərək bu enerjini israf edirlər. Eyni şey "görəsən" sözünə də aiddir. Görəsən mən də belə ola biləcəm? Görəsən mən də bunu edə bilərəm? Kaş ki və görəsən sözlərini həddindən artıq istifadə edən insanlar bugünün enerji batareyasını boş yerə tükədirlər.