karyera mərhələləri

maleka
Karyeranın ilkin mərhələsinə orta və ali təhsil almaq aid edilir və bu şəxsin 25 yaşınadək davam edir. Bu dövr ərzində insan onun tələblərini ödəyə bilən fəaliyyət növünün seçilməsində bir neçə iş dəyişdirə bilər.
Növbəti olaraq təşəkkül mərhələsi gəlir. Bu mərhələ təxminən 25 - 30 yaş arası dövrü əhatə edir. Bu mərhələdə işçi seçdiyi peşəni mənimsəməyə eyni zamanda zəruri vərdişlər qazanmağa, peşəkarlığa, özünütəsdiq etməyə başlayır. İrəliləyiş mərhələsi 30 - 45 yaş arası dövrü əhatə edir. Bu mərhələyə işçinin ixtisasının yüksəlməsi baş verir, xidmət nərdivanın pillələrini ilə yüksəlir. Yeni- yeni vərdişlər, praktiki təcrübələr vasitəsilə yüksək səviyyəyə çatır ki, bu da işçidə özünü ifadəetmə tələbatını inkişaf etdirir, işçinin bir şəxsiyyət kimi özünü təsdiqləməsinə imkan verir.
Saxlama mərhələsində əldə olunmuş nailiyyətlər möhkəmləndirilir və 45-dən 60 yaşa qədərki dövrü əhatə edir. İşçinin öz ixtisasını təkmilləşdirməsi, aktiv fəaliyyəti və əldə etdiyi xüsusi təhsili vəzifə yüksəlişinə səbəb olur. Bu mərhələ özünüifadə ilə xarakterizə olunur ki, insan müstəqilliyin və özünüifadənin son zirvəsinə çatır.
Tamamlama mərhələsi 60 - 65 yaş arası dövrü əhatə edir. Bu mərhələdə işçi
təqaüdə çıxmağa hazırlaşır ki, ona layiqli əvəzedicinin axtarılması və vakant olacaq vəzifəyə yeni namizədin hazırlanması başlanılır. Tamamlanma mərhələsi karyeranın böhranı kimi xarakterizə olunsa da bütün karyerası müddətində böyük hörmətə malik olur. İşçi öz əmək haqqı məbləğinin saxlanılmasına çalışır, hətta gəlirinin mənbələrini belə artırmağa çalışır.
Sonuncu mərəhlə pensiya mərhələsidir ki, işçinin təşkilatda karyerasının başa çatdığı dövrdür. Amma işçiyə başqa fəaliyyət sahələrində özünümüdafiə üçün imkanlar yaranır. Məsələn, əlyazmalar, bağçılıq, özəl təşkilatlarda işləmək şansı göstərmək olar.