kamança

admin
kamança
foto

"Kaman" sözü farsca "yay, qövs" deməkdir, -ça isə kiçiltmə şəkilçisidir. Alət farslara türklərdən keçib. Sözün türkcə qarşılığı "qişek"dir. Bir və ikisimli kamançanın nə vaxtsa yaylı qopuzdan formalaşması güman edilir. Hazırda dördsimli kamançadan istifadə olunur. Kamançanın müxtəlif növləri başqa adlarla Şərq və Orta Asiya xalqları arasında yayılmışdır. Keçən əsrdə üçsimli, dördsimli və hətta beşsimli kamançanın mövcudluğu məlumdur.


XVI əsr Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Seyid Əlinin "Musiqi məclisi" rəsm əsərində, eləcə də Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində kamança təsvir edilmişdir. Kamança ifaçılığının Azərbaycanda yüksək inkişafı XIX əsrin ikinci yarısından başlayaraq xanəndəlik sənətinin inkişaf etməsi ilə bağlıdır.