İsim və İsmin halları

abdullayev
İsim.İsmin halları.

Isim bildiyimiz kimi əşyanın adını bildirən əsas nitq hissəsidir.Kim?, nə? bəzən də hara? suallarından birinə cavab verir.
Ismin 6 halı mövcutdur.Ismin bütün hal şəkilçiləri: omonimdir, millidir,qrammatikdir.Bu hallar aşağıdakılardır:

1.Adlıq hal

Bu halın xüsusi şəkilçisi yoxdur.Ismin suallarına cavab verir.Adlıq hallı isim cümlə üzvünə görə mübtəda, qoşmalarla işləndikdə vasitəli tamamlıq, +xəbərlik(şəxs) şəkilçiləri olduqda cümlənin xəbəri ola bilir.Siz aşağıda "Asif" ismini bu cümlə üzvləri vəzifəsində görə bilərsiz.Asif içəri girdi. Içəri kim girdi? Asif.Demək Asif isimi adlıq haldadır və cümlənin mübtədasıdır.Asif ilə gəldim.kim ilə gəldim? Asif ilə sözü isə vasitəli tamamlıq olur.Gələn Asifdir. burada isə Asif ismi cümlədə xəbər vəzifəsində çıxış edir.
Qeyd: Xitab ismin adlıq halında olur .

2.Yiyəlik hal

Yiyəlik hal sahiblik bildirir və iki cür olur.Müəyyən və qeyri-müəyyən yiyəlik hal.Müəyyən yiyəlik ın(in, un, ün) şəkilçisi ilə düzəlir, kimin?, nəyin? haranın? suallarına cavab verir .Qeyri-müəyyənin isə şəkilçisi yoxdur.Nə? sualına cavab verir və adlıq hala bənzəyir.
In şəkilçili müəyyən yiyəlik halın şəkilçisi 2ci şəxsin təki mənsubiyyət şəkilçisi ilə omonimdir.Bəs bunu necə ayırd edək.Abituriyentlərin ən çox problem yaşadığı mövzudur.Yolları belədir:
a)istər müəyyən, istərsə də qeyri-müəyyən yiyəlik hal özündən sonra mənsubiyyət şəkilçili söz tələb edir.Demək, əgər "ın"şəkilçili sözdən sonra mənsubiyyət şəkilçili söz gəlsə, ın şəkilçili söz yiyəlik haldadır, yox əgər gəlməsə demək mənsubiyyət şəkilçilidir.Bəzən olur ki, "Sənin kitabın" birləşməsində hər iki söz "ın" şəkilçilidir.Bu zaman birinci gələn yiyəlik, ikinci gələn isə mənsubiyyətdir.
2. "ın" şəkilçili sözə "Sənin"(hər hansı yiyəlik hal şəkilçili başqa bir söz də artıra bilərsiz, bu zaman yiyəlik hallı söz özündən sonrakı "ın" şəkilçisini mənsubiyyət olsa götürəcək, əgər yiyəlik hal olsa cümləyə uyğun gəlməyəcək.məsələn. Kitabın məndədir- cümləsinə "sənin" ifadəsini artırdıqda qəbul edir.Demək "kitabın" sözü yiyəlik hal deyil, mənsubiyyətdir. Qeyri-müəyyən yiyəlik halda bu hal da özündən sonra mənsubiyyət şəkilçili söz istəyir. "Kitab üzü"birləşməsində kitab sözündən sonra "üzü" sözü mənsubiyyət şəkiıçilidi.Demək yiyəlik hal istər müəyyən, istərsə də qeyri-müəyyən olmasından aslı olmayaraq özündən sonra mənsubiyyət şəkilçili söz istəyir.
Qeyd:
Qeyri-müəyyən yiyəlik halları müəyyənə çevirmək olur, amma hamısını yox.Kitab üzü, məktəb direktoru birləşmələrini çevirdiyimiz halda, Azadlıq prospekti, Gənclik metrosu ifadələrini çevirmək olmur.Yiyəlik hal söz birləşməsi şəklində istənilən cümlə üzvü ola bilər.Lakin müstəqil şəkildə yalnız müəyyən yiyəlik hal cümlənin xəbəri ola bilir.Məsələn: Bu kitab Asifindir.Cümləsində "Asifindir" sözü xəbərdir və yiyəlik haldadır.

3.Yönlük hal

Bu hal istiqamət, çıxış nöqtəsi bildirir.Mənasına görə çıxışlıq halla antonimdir. a,ə (ya, yə) şəkilçisinin köməyi ilə düzəlir.Feilin arzu şəkli ilə omonimdir.Bəzi iki hecalı sözlərin sonuncu hecasındakı açıq sait yönlük hal şəkilçisi qəbul etdikdən sonra tələffüzdə qapalı saitə keçir.Məsələn, nənəyə [nəniyə]

4.Təsirlik hal

Müəyyən və qeyri-müəyyən olmaqla iki yerə bölünür.Müəyyən təsirlik hal ı(i,u,ü) şəkilçisinin köməyi ilə düzəlir.kimi? nəyi?haranı? suallarından birinə cavab verir.Qeyri-müəyyən isə adlıq və qeyri-müəyyən yiyəlik hal kimi nə? sualına cavab olur.Müəyyən təsirlik hal 3cü şəxsin təki mənsubiyyət şəkilçisi ilə omonimdir.Fərqləndirməyin 2yolu mövcutdur.
1.Sual vermək, çünki mənsubiyyət şəkilçisi sualda iştirak etmədiyi halda, təsirlik halın şəkilçisi sualda iştirak edir.Bunu cümlə daxilində müəyyən edək.Kitabı maraqlıdır.Burada nə maraqlıdır? sualı ortaya çıxır və burada işlənən şəkilçi sualda iştirak etmədiyindən mənsubiyyət şəkilçisi sayılır.Kitabı oxudum.Nəyi oxudum? suala daxil olduğu üçün təsirlik hal şəkilçisidir.Bir nüansı da diqqətinizə çatdırım.Istər müəyyən, istərsə də qeyri-müəyyən təsirlik hal mütləq təsirli feil olan cümlədə işlənir.Gördüyünüz kimi 1ci misalda xəbər sifətlə ifadə olunub, 2ci misalda isə təsirli feildir(təsirli feil "nəyi?, kimi? bəzən də haranı? sualları ortaya çıxan feillərdir.Məsələn: yuyur, silir, döyür kimi feillər kimi? nəyi? suallarına cavab verdiyi üçün təsirlidir.Bu haqda feil bölməsində ətraflı məlumat veriləcək).
2.Bu halda isə "ı,i,u,ü" şəkiıçili sözlərə "onun" sözünü artıra bilərsiz.Əgər onunu qəbul edirsə mənsubiyyər, etmirsə təsirlik haldır.Məsələn: Kitabı çox maraqlı idi.Onun kitabı çox maraqlı idi.Bəli gördüyünüz kimi burada "onun" sözünü götütdüyü üçün kitabı sözündəki "ı" şəkilçisi mənsubiyyətdir.Kitabı çox sevdim-cümləsində isə "onun" u artıranda götürmür.Demək təsirlik haldır.
Qeyri müəyyən təsirlik hal adlıq və qeyri-müəyyən yiyəlikdən fəqrləndirmək üçün yollar.
1.Qeyri müəyyən təsirlik hal təsirli feillə əlaqəyə girir və onun yanında gəlir.Onu təsirli feilin yanından kənarlaşdırsaq, müəyyən təsirlik hala çevriləcək.Məsələ: Dovşan kələm yeyir.Cümləsində "yeyir" feili təsirlidir ona görə də yanında işlənən söz təsirlik halda ola bilər deyə onu uzaqlaşdıraq."Kələm dovşa yeyir" şəkli alacaq.Kəməl də dovşanı yeyə bilmədiyindən ona görə də)) "Kələmi dovşan yeyir" şəklini alacaq.Demək əsas yol onu təsirli feilin yanından uzaqlaşdırmaq imiş.
2.O, bu işarə əvəzliklərini artırmaqla.Dovşan bu kələm yeyir yox, Dovşan bu(o) kələmi yeyir olacaq.
Təsirlik hal ismin yeganə halıdır ki, cümlənin xəbəri ola bilmir.Digər bütün hallar olduğu halda təsirlik hal yalnız vasitəsiz tamamlıq olur.Bəzən haranı? sualına cavab verib də yer, məkan anlayışı bildirdikdə yer zərfliyi belə ola bilir.

5.Yerlik hal

Yerlik hal əşyanın hansı məkanda olduğunu bildirir.Şəkilçisi da,də dir və zərf düzəldən lek şəkilçi ilə omonimlik yaradır.Kimdə? nədə? harada? suallarından birinə cavab verir.

6.Çıxışlıq hal

Ismin çıxış nöqtəsini bildirir.Dan,dən şəkilçisi ilə düzəlir.Bu şəkilçi də zərf düzəldən lek şəkilçi ilə omonimdir.Sonu m və n samitləri ilə bitən sözlərə çıxışlıq hal şəkilçisi qoşulduqda tələffüzdə dan [nan] kimi olur.Məsələn: atamdan [atamnan]
Qeyd: Yönlük, yerlik və çıxışlıq hallar eyni cümlə üzvü olduğu üçün onları qruplaşdırmağı düşündüm.Demək, kim? və nə? sualına şəkilçiləri qoşulduqda vasitəli tamamlıq, hara? sualına şəkilçiləri qoşulduqda yer zərfliyi olurlar.Xəbərlik şəkilçisi qəbul etdikdə isə cümlənin xəbəri olurlar(ismi xəbəri, ümumiyyətlə hal şəkilçiləri xəbər olduğunda ismi xəbər olur).
Ümid edirəm, bu material sizlər üçün faydalı olar.

Hörmətlə: Elvin Abdullayev