insanlığın riyaziyyatı

gulu1096
_*✔ İnsanlığın riyaziyyatı*_

_Sinif səs-küydən dağılarkən, bir sərt görünüşlü müəllim içəri girir, sinfə bir qaşqabaqlı baxış keçirib kürsüyə keçir. Təbaşirlə lövhəyə " 1 " rəqəmini yazır._
_Yüksək səslə:_
_"Baxın" — deyir, "Bu insanlıqdır. Həyatda sahib ola biləcəyiniz ən dəyərli şey"_

_Sonra 1-in yanına " 0 " rəqəmini yazır: " Bu uğurdur. Uğur qazanmış insan 1-i 10 edir. "_

_Bir " 0 " da artırır: " Bu təcrübədir. 10 olduğunuz vaxt 100ə qaldırar sizi "_

_Beləliklə " 0 " lar uzanıb gedir._
_✅ Bacarıq, Ciddiyyet, Sevgi…_

_Əlavə olunan hər 0-ın insanı 10 dəfə daha artıq zənginləşdirdiyini uşaqlara izah edir._

_Sonra əlinə silgini alır və ən başdakı 1- i silir. Demək istədiyi son fikri də uşaqlara çatdırır:_
_- İNSANLIĞINIZ YOXDURSA, O BİRİLƏR HEÇ BİR MƏNA VERMƏZ..!_