insan resurslarının seçilməsi

maleka
İnsan resurslarının seçilməsi formalaşdırılan namizədlər bazasından işi tələb olunan səviyyədə yerinə yetirə bilmək üçün lazımi biliyə, bacarığa, qabiliyyətə, iş təcrübəsinə sahib olan namizədlərin müəyyənləşdirilməsi prosesidir.
İnsan resurslarının seçilməsi prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
- Müraciətlərin qəbulu və ilk görüş;
- Müraciət formasının doldurulması;
- İmtahan/test keçirilməsi;
- İşə qəbul görüşü;
- Namizədin keçmişinin və zəmanətlərin araşdırılması;
- Tibbi müayinə və digər işlər;
- İşə qəbul haqqında qərarın qəbul edilməsi;
- İşə yerləşdirmə.
İnsan Resurslarının seçilməsi prosesinə təsir göstərən amilləri aşağıdakı kimi qruplaşdırmaq olar:
- Ehtiyac olan işçlərin sayı, keyfiyyəti, təcililiyi
- Seçim üsulunun uyğunluğu, maya dəyəri
- Seçim prosesində istifadə olunacaq mütəxəssislərin varlığı və keyfiyyəti
- Namizədlərin seçim üsuluna qarşı münasibəti
Müəssisələr adətən qeyd olunan amilləri nəzərə alaraq İR seçilməsi prosesində iki üsuldan istifadə edirlər:
- Ələmə üsulu;
- Tamamilə görmə üsulu.
İR seçilməsi prosesində istifadə olunan test formaları:
- Fərdi xüsusiyyətləri ölçən testlər (ağıl, bilik, bacarıq, şəxsiyyət, maraq, yorğunluq və monotonluq, güc və sürət, sağlamlıq və münasibət və s.)
- Tətbiq olunma əhatəsinə görə (fərdi testlər, qrup testləri);
- Kağız-qələm və alətli testlər (Məs., yalan maşını);
- Şifahi və yazılı testlər;
- Mədəniyyətlə bağlı olan və olmayan testlər;
- Psixometrik (müəyyən tərəfləri ölçən və rəqəmlə nəticə verən testlərdir) və proektiv testlər (rəqəmli nəticə verməyən və izahat əsaslı testlərdir);
- Xüsusi testlər, ümumi testlər və test batareyaları.

1. Peşə (vəzifə) standartları hazırlanmalı və müsahibə zamanı soruşulan suallar, müzakirə ediləcək məsələlər bu məlumatlara görə müəyyənləşdirilməlidir. Bu, görüşlərin işlə bağlı olmasına şərait yaradacaq.
2. Görüşdə iştirak edəcək insanlar təlimləndirilməlidirlər;
3. Görüşə hazırlaşmaq lazımdır;
4. İş görüşləri uyğun şəkildə keçirilməlidir.