insan bədəni haqqında

ilkane musayeva
insan bədəni haqqında
foto
İnsan bədəni haqqında

🧠BEYİN🧠
🔸Sinir impulsları saatda 270 km sürətlə hərəkət edir.
🔸Beynin fəaliyyət göstərməsi üçün ona 10 vatlıq lampanın çalışmasına lazım olan qədər enerji lazımdır.
🔸İnsan beyninin hüceyrəsi istənilən enlopediyanın tutduğu informasiyadan daha artıq informasiya tuta bilir.
🔸Qan dövranı sisteminə daxil olan oksigenin 20%-ni beyin istifadə edir.
🔸Gecələr beyin gündüzdən daha aktiv olur.
🔸İQ göstəricisi azaldıqca insan daha çox yuxu görür.
🔸Beyin özü ağrı hiss etmir.
🔸Beynin 80%- i sudan ibarətdir.

👤ORQANİZMİN FUNKSİYALARI👤

🔸Asqırmağın sürəti saatda 160 km təşkil edir.
🔸Öskürməyin sürəti bəzən saatda 900 km-ə çata bilər.
🔸Qadınlar kişilərdən 3 dəfə çox gözlərini qırpırlar.
🔸Ayaqlarda təxminən 500 min tər vəzisi yerləşir ki,onlar da gün ərzində bir litrə yaxın tər ifraz edə bilir.
🔸İnsan bütün ömrü boyu bir hovuzun yarısını doldura biləcək qədər tüpürcək istehsal edir.

DAXİLİ ORQANLAR

🔸Ən böyük daxili orqan nazik bağırsaqdır.
🔸Mədədə olan turşu bir ülgücü əridə bilər.
🔸İnsan bədənindəki damarların ümumi uzunluğu 96 min km-dir.
🔸Mədə bütünlüklə hər 3-4 gündən bir yenilənir.
🔸Qadınların ürəyi kişilərdən daha sürətlə döyünür.
🔸Qaraciyərin 500-dən artıq funksiyası var.
🔸Aortanın diametri su sulamaq üçün istifadə olunan şlanqın diametrinə bərabərdir.
🔸Ürəyə də yer olsun deyə sol ciyər sağ ciyərdən balacadır.
🔸Daxili orqanların bir neçəsini götürərək də yaşamağa davam etmək olar.
🔸Böyrəküstü vəzilər insanın bütün həyatı boyu ölçülərini dəyişir.