İmtahan həyəcanın səbəbləri

gulu1096
İmtahan həyəcanın səbəbləri
foto

❗Imtahan həyəcanının səbəbləri hərkəsə görə fərqli ola bilər. Ən yayğın olanlar:
🕛 Vaxtı düzgün istifadə etməmə, mövzuları sonraya saxlama- imtahana hazırlaşma ərəfəsində və imtahanda bəzi mövzulara lazımından çox zaman ayırıb digərlərinə diqqət yetirməmə, stressdən uzaq olmaq üçün “sabaha” saxlama və vaxt azaldıqca mövzuları çatdırmayacağından qorxmaq.

😨 Uğursuz olmaq və qiymətləndirilmək qorxusu

👩‍🏫Ailənin, müəllimlərin və ya insanın özünün özündən gözlədiyi nəticə- Bəzən ətrafımızın bizdən bəzi “ümidləri” olur,bu ağır bir məsuliyyət olaraq insana “yüklənir” və imtahan nəticəsinə, uğura fokuslanmaq yerinə ətrafın gözlədiklərini qarşılamamaq qorxusu yaşanır.

💯Mükəmməlliyyətçilik – Məsələn, bir imtahandan (100 üzərindən) 90 bal toplamaq sizin üçün yaxşı bir nəticədirsə 90+ balların hamısını çox yaxşı, 90- balları isə çox pis olaraq dəyərləndirirsiniz. 80 bal toplasanız bu ortalamanın üzərində bir nəticə olsa belə hədəfinizdən az olduqda, sizi qane etməyəcək və yalnış düşüncənizə görə özünüzü uğursuz olaraq dəyərləndirəcəksiniz.

❔Nə edə bilərik?
🎭 İmtahana hazırlanan bir şagirdin “iç söhbətlər”i bir müddət sonra onun ruh halını müəyyən edir. Həyəcanlı insanlar içlərində davamlı olarak neqativ söhbətlər aparırlar. Bunu etmək həyəcanı artırmaqdan əlavə bir müddət sonra vərdiş halında gəlir və insan hər an imtahanın uğursuz olacağını düşünməyə başlayır. HƏYƏCANINIZLA ÜZLƏŞİN, Varlığını qəbul edin və bunun normal, “sağlam” olduğunu bilin.
↩️Düşüncələrinizi dəyişdirin:
İmtahanda uğursuz olacam➡️imtahanda əlimdən gələni edəcəm.

İmtahan çətin olacaq➡️imtahanın çətin ya da asan olacağını bilə bilmərəm.

Valideynlərim üzüləcək, xəyal qırıqlığı yaşayacaq ➡️valideynlərim mənim çalışdığımı görürlər, pis ola bilərlər amma bu o qədər də böyük problem olmayacaq.

Yaxşı universitetə qəbul ola bilməyəcəm ➡️çalışdığım müddətcə hər universitetdə uğurlu ola bilərəm.

İmtahanda həyəcanlanacam, diqqətsiz olacam ➡️həyəcan və diqqətimi idarə edə bilərəm

İmtahan gələcəyimi qərarlaşdıracaq➡️ İmtahan önəmlidir amma gələcəyimə qərar verməyəcək.
şəklində real düşünün. ✅