İhalları

abdullayev
Ismin halları:
1.Bütün hal şəkilçiləri qrammatikdi
2.Bütün hal şəkilçiləri omonimdi
3.Bütün hal şəkilçiləri millidir
Adlıq hal: xüsusi şəkilçisi yoxdur.Kim?, nə?, hara? suallarından birinə cavab verir.Cümlə üzvünə görə mübtəda olur, qoşmalarla işləndikdə tamamlıq olur, +dır şəkilçisi xəbər olur.
Qeyd:Xitablar adlıq halda olur.
Yiyəlik hal: iki cür olur.Müəyyən və qeyri müəyyən.Müəyyən ın(in, un, ün)şəkilçilərinin köməyi ilə düzəlir.Kimin?, nəyin?, haranın? suallarına cavab verir.2ci şəxsin mənsubiyyət şəkilçisi ilə omonimlik təşkil edir.Fərqləndirmək üçün iki üsul var.
1.Yiyəlik hal özündən sonra mənsubiyyət şəkilçili söz istəyir.məsələn: kitabın üzü rəngbərəng idi.Burada kitabın sözü yiyəlik haldadır, çünki özündən sonra mənsubiyyət şəkilçili söz gəlib.
2.Yiyəlik hal şəkiıçili söz atırmaqla(mən abituriyentlərə "sənin" sözünü artırmağı məsləhət görürəm.Əgər "sənini" götürsə mənsubiyyət, götürməsə yiyəlik haldır.Kitabın məndədir.Sənin kitabın məndədir.Bəli götürdü demək yiyəlik haldadır.
Qeyri müəyyən də eyniylə özünsın sonra mənsubiyyət şəkilçili söx istəyir, xüsusi şəkilçisi yoxdur və nə? sualına cavab verir.Bu halda adlıq hala bənzəyir.Fərqləndirmək üçün özündən sonra gələn sözə baxırıq əgər özündən sonra mənsubiyyət varsa, yiyəlikdir yoxdursa, adlıqdır.Bütün qeyri müəyyənləri müəyyənə çevrmək olmur