iftiraya qurban gedən mübariz

gulu1096
iftiraya qurban gedən mübariz
foto

FETÖ terror təşkilatına üzv olmaqda ittiham olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun 15 Sentyabr məhkəməsi keçirilib. "Qafqazinfo" xəbər verir ki 15 il həbsi istənilən Mənsimov məhkəmədə ifadə verib.

O qeyd edib ki, əleyhinə ifadə verənlər uzun müddət onun rəhbərliyi altında çalışıb:
"Bəziləri dələduzluq etdiyi üçün işdən çıxarılıb. Onların şirkətə ziyan vurması ilə bağlı məhkəməyə müraciət olunub".
Mənsimov FETÖ terror təşkilatına üzv olmaq iddiasınada münasibət bildirib:
"Mən Atatürk və türk milləti sevdalısıyam. Mən heç vaxt xain təşkilatın içində olmamışam. 15 ildir yanımda çalışan insanların ağlına indi gəlib FETÖ-çü olduğum? Mənim ailəmdə də şəhidlər olduğu üçün polislərə, hüquq-mühafizə təşkilatlarına yardım edirəm. Məzhəbim Şiədir və məzhəbimdə təriqət yoxdur".
Mənsimov ifadəsində hazırda FETÖ fərarisi kimi axtarışda olan iş adamı İhsan Kalkavanla münasibətinədə aydınlıq gətirib. O bildirib ki, Kalkavanla ancaq ticarət işləri ilə əlaqədar görüşübdü. Mənsimov Kalkavanın FETÖ-çü olmasından bixəbər olduğunu qeyd edib.
Mənsimov ifadəsində iki dəfə Fətullah Gülənlə görüşdüyünü də qeyd edib:
"İlk görüş məni İftar üçün Amerikaya çağırmalarıyla olub. Mən də o gün içki içmişdim. Bu səbəbdən getmək istəməsəm də, israr etdilər. "Hoca" deyilən adam yanında oturmağımı istədi. Mən də "içkiliyəm qalxa bilərəm"? dedim. O isə cavabında "Bu, səninlə Allah arasında olan bir şeydir" dedi. Bir din adamının bunu deməsi mənə çox gülməli gəldi. O, bizə evini gəzdirdi. Gəzərkən evdə üzərində Azərbaycan yazılan bir şüşə gördüm. Fətullah Gülənə "bu nədir"? dedim. Cavabında bildirdi ki, bunu iyləyib, iyləyib sakitləşirəm. Mən də "təyyarəyə minib gedin də, niyə şüşəni izləyirsiz"? dedim. Bu məqamda biri qolumdan çəkib dedi danışıqlarına fikir ver. O dəvətdəki siyasətçilər iş adamlarıyla mübahisə etdim, daha sonra oradan ayrıldım. "

Mənsimov bildirib ki, o dəvətdən sonra Fətullah Gülən camaatının hədəf taxtasına çevrilib.

Məhkəmə sədrinin Gülənin ona təsbeh verilməsi ilə bağlı sual ünvanlıyıb. Mənsimovun cavabı belə olub:

"O təsbehi 1000 $ satdım. FETÖ-ün heç bir qrumuna yardım etməmişəm. Mən türk millətçisiyəm. Uşaqlarıma "məni burda dəfn edin deyirəm"
2
markalogiya markalogiya
Allah köməyi olsun
gulu1096 gulu1096
Amin