idmanın faydaları

shabi
_İdman etməyin sağlamlığımız üçün olan faydalarından hamımız xəbərdarıq. Bəs rəqs etməyin şən idman növü olduğunu bilirdiniz? Qarşınızda rəqs etməyin 6 faydası…_
*1. Beyin sağlamlığını qoruyur.*
Alman alimlər tərəfindən aparılan araşdırmaya görə, rəqs etmək alzheimer kimi xəstəliklərə qarşı gəlir. Beynin inkişafını dəstəkləyir və yaddaşı gücləndirir.
*2. Ağrıları azaldır.*
Aparılan araşdırmalara görə rəqs etmək ehtiyacımız olan efort və sinxronizasiyanı təmin etdiyi üçün bədənimizdəki ağrıların da azalmasına yol açır.
*3. Elastiklik, enerji və xoşbəxtlik!*
Rəqs etmək şən bir fəaliyyətdir. Bədənimizin elastikləşməsinə və enerji toplamağımıza kömək olur. Rəqs etdiyimiz zaman xoşbəxt hiss edirik.
*4. Ruhi problemləri aradan qaldırır.*
Depressiya, anksiyete, yemək problemləri və narkotik asılılığı kimi bir çox sağlamlıq problemləriylə günümüzdə tez-tez qarşılaşılır. Lakin rəqs etmək bütün bu psixoloji narahatlıqları aradan qaldırmağa kömək edir.
*5. Çəki itirməyinizə kömək edir.*
Rəqs etməyin başqa bir avantajı da, hər gün edildiyi zaman çəki itirməyinizə səbəb olur. Aparılan araşdırmalara görə aerobika ən az velosipedə minmək və ya qaçmaq qədər effektivdir.
*6. Ürək sağlamlığınızı qoruyur.*
Rəqs etmək ürək-damar xəstəliyi riski olan insanlar üçün çox faydalı bir fəaliyyətdir. Aparılan araşdırmalara görə ürək çatışmazlığı olan insanlar idman olaraq rəqs edə bilərlər.