ibtidai siniflərin kompüter arxasında fasiləsi zamanı edilən hərəkətlər

huseynovaa
Pedoqoq və psixoloqlarin fikrincə, ibtidai siniflərdə şagirdlərin kompüter arxasında işin müddəti 15 dəqiqədən çox olmamalıdır. Dərs zamanı şagirdlərə fasilə vermək ve bunu oyun formasında aparmaq məqsədəuyğundur. Uşaqlarla belə bir oyun keçirmək olar :
1.Gözlərinizi bağlayın, göz qapaqlarinzi bərk sıxın, 1-dən 4- ə qədər sayın və sonra gözlərinizi açın. Bunu 4-5 dəqiqə təkrar edin.
2. Çiyninizə baxaraq 1-dən 4 - ə qədər sayın. Sonra isə uzağa baxaraq 1-dən 6-ya qədər sayın. Bunu 4-5 dəfə təkrar edin.
3.Başınızı tərpətmədən sağa baxın və 4-ə qədər sayın. Sonra uzağa baxıb 6-ya kimi sayın. Bunu sol tərəf, yuxarı və aşağı tərəflər üçün də edin. 3-4 dəfə təkrarlayın.
4. Gözlərinizi sürətlə diaqonal boyunca hərəkət etdirin - sağdan yuxarıya, soldan aşağıya, sonra uzağa baxıb 6-ya kimi sayın. Bunu 4-5 dəfə təkrarlayın.
Kiçik yaşlı məktəblilərin uzun müddət kompüter arxasında oturması onların əsəb sisteminin zəifləməsinə, gözlərinin yorulmasına, yuxuların pozulmasına və s. səbəb ola bilər. Ona görə də informatika dərslərində təhlükəsizlik qaydalarına və normalarına ciddi əməl etmək lazımdır.