Əhməd haradadırın Ceyranı — Nana Paçuaşvilinin acı taleyi

gulu1096
Əhməd haradadırın Ceyranı — Nana              Paçuaşvilinin acı taleyi
foto

"Əhməd haradadır"ın Ceyranı — Nana
Paçuaşvilinin acı taleyi

Əhməd haradadır" filmində Ceyran rolunda çəkilən
Gürcüstan SSR xalq atristi Nona Paçuaşvili adı
çəkilən filmin çəkilişləri zamanı böyük faciə yaşayır.
Belə ki, yenicə ailə qurduğu gənc həyat yoldaşı, nazir
oğlu Tamazı İnturist mehmanxanasında elə
aktrisanın
gözü önündə tok vurur və ölür.

Bu barədə aktrisa özü bunları danışıb:

Adil İsgəndərov
Tiflisə, dostu və institut yoldaşı, mənim də pedaqoqum Dodo Aleksidzenin
yanına gəlmişdi.
Ona, Ceyran rolu üçün aktrisa axtardığını, tələbələrə
baxmaq istədiyini dedi.
Mən o vaxt ikinci kursda oxuyurdum. Biz bir neçə
etüdlər göstərdik. Adil İsgəndərov məni görən kimi
"bu qız, Ceyranı tapdım" dedi.
Sonra mənim sarı saçlarımı, qaşlarımı qara rəngə boyadılar.
Yadımdadır, bu rola çəkilməyi həm istəyirdim, həm də yox.
Qəribə bir təzad içindəydim. Amma yenə də sonucda getdim. Bu rola da təsdiqlənməyimə hələ də təəccüblənirəm. Bilmirəm,
çilli, kürən, qıvrımsaç gürcü qızı ilə azərbaycanlı Ceyran
arasında nə bənzərlik tapılıb. Sanki o boyda Azərbaycanda
Ceyran tapmaq çox müşkül imiş. Kaş ki, heç seçilməsəydim...

Tamazla yeni evlənmişdik.
Həm zahirən, həm də daxilən çox gözəl insan idi.
Mən İnstitutun 2-ci, o isə 5-ci kursunda oxuyurdu.
İxtisasca dilçi olduğu üçün tez-tez İrana qısa müddətli səfərlər edirdi
- fars dilinin təcrübəsi üçün.
Filmin çəkilişlərində idim. Tamaz da məni görmək
üçün Bakıya gəldi. Mehmanxanada bir az işi ilə məşğul olmaq istədi.
Xüsusi səs valları vardı o vaxtı. Əlində mikrofon tutmuşdu.
Barmağını həmin qurğuda həyat üçün təhlükəli
bir yerə toxundurdu və qəfildən cərəyan vurdu onu.
Həmin dəqiqə yanındaydım. Tez təcili yardım da çağırdım,
ancaq xilas etmək mümkün olmadı. Gürcüstana
onun artıq cansız bədəni döndü.
O ərəfədə
hamiləliyinin dördüncü ayını yaşayırdım. Ceyran
rolunu da o vəziyyətdə oynamağa məcbur oldum. Çəkilişlərdən imtina eləmək istəyirdim, çünki çox
ağlayırdım. Amma elə o vəziyyətdə də işimi davam
etdirdim
Yoldaşımı itirməyimə baxmayaraq, oğlumu dünyaya gətirdim.
Adını elə atasının şərəfinə Tamaz qoydum.

Aktrisa "Əhməd haradadır" filminə ilk dəfə filmin 40
illiyində, Bakıda baxmışdır. Yəni 40 il sonra!