hippokrat

shabi
Hippokrat eramızdan əvvəl 460 – e.ə. 370-ci illər arasında Qədim Yunanıstanda yaşayıb. Onun məşhur andı hazırda müasir dövrə uyğunlaşdırılıb və bir qədər dəyişdirilib. Andın əsl versiyasında maraqlı məqamlar var.
Hippokrat andının original versiyasının tərcüməsi belədir:
“Loğman Apollona, Asklep, Higeya, Panakeya və bütün tanrı və tanrıçaların hüzurunda and içirəm ki, istedadım və gücüm çatdığı qədər bu anda sadiq qalacağam:
Bu sənətdə müəllimimi öz valideynimlə bərabər tutacaq, qazandığımı onunla bölüşəcək və ehtiyaclarında ona köməkçi olacağam. Onun övladlarını öz qardaşlarım kimi görəcəm, öyrənmək istədikləri təqdirdə onlara bu sənəti ödəniş almadan öyrədəcəyəm. Təbabət biliklərini öz övladlarıma, müəllimimin övladlarına və ancaq həkimlik qaydalarına sadiq olan və həkim andı içmiş insanlara öyrədəcəm. Bunlardan başqa heç kimə öyrətməcəm.
Gücüm və istedadım çatdığı qədər xəstələrimə faydalı olacaq, onlara heç bir zərər verməyəcəm və ədalətsizlik etməyəcəm.
Məndən zəhər istəyənə onu verməyəcəm və həmin şəxsə bu barədə tövsiyə də bildirməyəcəm. Eyni qaydada hamilə qadına uşaq salması üçün dərman verməyəcəm.
Həyatımı və sənətimi təmiz və müqəddəs saxlayacam. Bıçağımı daxili orqanları yararaq daş çıxarmaq üçün istifadə etməyəcəm, bunu bu işi bilənlərə həvalə edəcəm.
Hansı evə daxil olaramsa, ancaq xəstələrə kömək edəcəm, onlara qəsdən edilən bütün zərərlərdən qaçacağam. İstər azad, istər kölə olsun, kişi və qadınların bədənini sui-istifadə etməkdən çəkinəcəm.
İstər sənətimin icrası, istərsə də gündəlik həyatda insanlarla münasibətdə öyrəndiklərimi bir sirr olaraq saxlayacam və onları ifşa etməyəcəm.
Andıma sadiq olaramsa, həyatımı və sənətimi insanların hər birindən hər zaman rəğbət görərək xoşbəxtliklə davam etdirim, andıma sadiq olmasam, bunun əksi baş versin."