Hikmət Məmmədov

gulu1096
Hikmət Məmmədov
foto

Erkən illəri
Hikmət Məmmədov 5 oktyabr 1985-cı il tarixində Sumqayıt şəhərində anadan olub. 1992 -ci ildə Azərbaycanın Milli Qəhrəmanı, Mətləb Quliyevin adına olan 3 nömrəli orta məktəbin 1 -ci sinfinə daxil olub.

Hərbi illəri
Orta təhsilini bitirdikdən sonra, 2001 -ci ilde Cəmşid Naxçıvanski adına hərbi lisey ə daxil olub. 2004 -cu ilde Heyder Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2008- ci ildə həmin Ali məktəbi bitirib leytenant rütbəsi alıb. 2009 -cu ilde cəbhə bölgəsində xidmətə başlayıb. 2016- ci ilin Aprel doyüşlərində düşmən tapdağı altında olan Lələtəpə istiqamətində gedən döyüşlərdə iştirak edib, düşmən tərəfindən açılan minamyot mərmisinin yanına düşməsi nəticəsində başından ağır yaralanıb. Hikmət Məmmədov həmin gecəni belə xatırlayır:

“Aprelin 1-i gecə duşmən hücuma keçdi. Hücumun qarşısını aldıq və əmr gəldi ki, yalnız irəli. Düşməndən intiqam almaq hissi ilə irəli addımlayırdıq. Bu hisslə də, duşmənin üzərinə qartal kimi şığıdıq. 2 saat dayanmadan gedən döyüşdə xeyli düşmən məhv edildi. Yuksəklikləri ələ keçirdik. Mən düşmən tərəfindən açılan minamyot mərmisinin yanima düşməsi nəticəsində başımdan ağır yaralandım və döyüş yoldaşlarım tərəfindən hərbi qospitala gondərildim. Başımda hələ də qəlpə var."

Döyüş yoldaşları haqqında qürurla deyir: "Bizə illərdən sonra Qələbə sevincini yaşatdınız igidlər. Aprel gecəsində o qisas günü ölümdən qorxmadan Vətən sağ olsun, Anam sağ olsun deyərək, Azərbaycanın yenilməz üç rəngli bayrağını Lələtəpədə dalğalandırdınız.“

Hikmət Məmmədov ön xətdə göstərdiyi xidmətlərə görə “Qüsursuz Xidmətlərə Görə Medalı”, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley Medalı,. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi" yubiley Medalı. “Hərbi Xidmətlərdə Fərqlənməyə Görə” Medalı, “Vətən Naminə” Medalı və Müharibə veteranı medalı ilə təltif olunub.

Şəxsi həyatı
Evlidir. İki övladı var.