Günlük xəbərlər

gulu1096
🇦🇿🇷🇺 NTV kanalının baş prodüsseri Timur Vaynşteyn:

“Bu gün inanılmaz gün və möhtəşəm tarixdir. Bu tarix hər zaman bizim qəlbimizdə qalacaq. Ona görə ki, bir il bundan öncə baş verənləri biz hamımız uzun onilliklər arzulamışıq.

Moskva-Füzuli aviareysinin açılmasını və bu reysin ilk sərnişini olmaq istəyirəm”.

*🌏*#SONDƏQİQƏ

Kəlbəcər rayonu istiqamətində mühəndis texnikalarımız atəşə tutulub

Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub.
Müdafiə Naziriiyindən verilən xəbərə görə, bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

#🚨Yerli KİV-də yayılan məlumata görə Sumqayıt ərazisində yerləşən zavodların birində partlayış baş verib. Hadisə ilə bağlı hələ ki, rəsmi açıqlama yoxdur. Yayılan hər məlumata inanmayın, partlayış olmaya da bilər. Rəsmi məlumat olan kimi sizinlə paylaşılacaq.


*🌏*

Paylaşım haqqında rəylər

Bu başlıqdakı paylaşımları gör