Günlük xəbərlər

gulu1096
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

📉"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,82 ABŞ dolları və ya 2,4% azalaraq 75,04 dollar təşkil edib.

Azərbaycan Hökuməti Qırğızıstana 40 min doza “AstraZeneca” peyvəndinin göndərilməsi barədə qərar qəbul edib.


Məftun Qurban oğlu Abbasov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.


#General Rövşən Əkbərova qarşı 1 milyon 200 min manat mülki iddia qaldırılıb

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.


Ali Rada Avakovun yerinə yeni DİN rəhbərini təsdiqlədi
Ukrayna Ali Radası (parlament) bu gün keçirilən iclasında iki gün əvvəl istefa verən erməni əsilli Arsen Avakovun yerinə irəli sürülmüş namizədi müzakirə edib, səsə qoyaraq təsdiqləyib.
Şərqi Avropa bürosuna parlamentdən verilən məlumatına görə, bu hakim “Xalqın xidmətçisi” partiyasından Denis Monastırskiydir.
Onun namizədliyini partiyanın rəhbəri, ölkə prezidenti Vladimir Zelenskiy irəli sürüb.
D. Monastriy bu vəzifəyə qədər Ali Radanın Hüquq mühafizə orqanları ilə iş üzrə komitəsinin sədri idi.

Jurnalistlər Ağdamda minatəmizləmə prosesi ilə tanış olublar

Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə iyulun 16-da minatəmizləmə əməliyyatlarının aparıldığı sahələrə mediatur təşkil olunub.
Səfərin məqsədi erməni işğalından azad edilmiş yaşayış məntəqələrimizin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi ilə tanış olmaqdır.
Mətbuat nümayəndələri işğaldan azad edilən Ağdam rayonunun Qızıl Kəngərli kəndində aparılan əməliyyat prosesini izləyib. Bildirilib ki, hazırda minatəmizləmə əməliyyatları əl ilə mexaniki təmizləmə və xüsusi təlim keçmiş itlər vasitəsi ilə aparılır.
Qeyd olunub ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Ağdam rayonu ərazisində Əfətli kəndi, Xaçınçay su anbarı, su anbarından ayrılan beton kanalların sağ və sol tərəfləri, həmçinin Qızıl Kəngərli kəndi ərazisində minatəmizləmə işlərini aparırlar.

Şahin Mustafayev Mövlud Çavuşoğlu ilə görüşüb

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev iyulun 16-da Özbəkistanın paytaxtı Daşkənddə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
“Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə əlaqələrimizi müzakirə etdik və regional vəziyyəti dəyərləndirdik”, - o yazıb.

#Şənbə gününün hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında şənbə günü hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-26 isti, gündüz 31-36 isti, Bakıda gecə 23-25 isti, gündüz 33-35 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25 isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlimcə, Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25 isti, gündüz 32-37 isti, dağlarda gecə 11-16 isti, gündüz 20-25 dərəcə isti olacaq.


🚄Bakı metrosu üçün istehsal olunan dörd qatar Bakıya çatdırılıb.

🇹🇷Ərdoğan: “Qarabağın azadlığı mübarizəsində Azərbaycana dəstəyimiz bütün dünyanın diqqətini çəkib”.

#Qubadlıda silah-sursat aşkar edilib.

#Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının sərəncamı ilə Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

#Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının sərəncamı ilə Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

🇦🇿🇹🇯Azərbaycan Tacikistana yeni səfir təyin edib.

🇦🇿🇵🇰Azərbaycanın Pakistandakı səfiri dəyişib.

# Maska taxmayan şəxslər cərimələndi.

# FHN Ağdamda Xaçınçay su anbarının ətrafının minalardan təmizlənməsini həyata keçirir.

Paylaşım haqqında rəylər

Bu başlıqdakı paylaşımları gör