Günlük xəbərlər

gulu1096
🇦🇿 *Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa şəhər xəstəxanasının təməllərini qoyublar.*

*🌏*❗️```Üçtərəfli görüş olacaq```

⚡️Peskov bildirib ki, 9 noyabrda İlham Əliyev, Putin və Paşinyanın görüşü gözlənilir.

Azərbaycan və Ermənistan hökumətindən xəbərlə bağlı reaksiya yoxdur.

⚡️Rusiya hökuməti bildirib ki, görüş videoformatda olacaq.

*🌏*⚡️Cəbrayılda bir nəfər minaya düşüb

Cəbrayıl rayon prokurorluğundan “Operativ Media”ya daxil olan məlumata görə, noyabrın 7-si saat 16 radələrində 1967-ci il təvəllüdlü Xanlar Aslanovun Cəbrayıl rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşərək xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Xanlar Aslanovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib..

Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

*Noyabr - Zəfər Günü ilə əlaqədar Bakı şəhərində yürüş təşkil olunub.
Zəfər yürüşü Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi orkestrlərinin müşayiəti ilə başlayıb.

Azneft dairəsindən başlayan yürüşdə hərbi orkestrin ifasında vətənpərvərlik və qələbə ruhunda mahnı və marşlar səsləndirilir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları 440 metr uzunluğunda Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparırlar. Yürüşü süvari dəstəsi müşayiət edir.
“Ağ şəhər” bulvarınadək davam edəcək yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatacaq. Flaşmobda könüllü gənclərin iştirakı ilə Vətən müharibəsinin rəmzi olan “Dəmir yumruq” kompozisiyası yaradılacaq.

🇦🇿🇮🇷 *İran XİN Azərbaycanı Zəfər günü münasibətilə təbrik edib.*

*🌏*Türkiyənin vitse-prezidenti Fuat Oktay 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib.

F. Oktay “Twitter” hesabında etdiyi paylaşımda bildirib ki, Can Azərbaycan 1 il əvvəl bu gün 44 gün ərzində ortaya qoyduğu mübarizəsini zəfərlə taclandırdı və Qarabağı azad etdi: “Qardaş Azərbaycanın Zəfər Günü qutlu olsun. Əziz şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun”

#