Günlük xəbərlər

gulu1096
🇦🇿Şəmkirdə həbs edilən sabiq rəisin istintaqı başa çatıb

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.Cinayət işi Nural Əliyevin icraatına verilib.

Qeyd edək ki, martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi barədə və V.Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğundan araşdırma aparılıb.

Araşdırmalarla V. Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeçiliyində işləyən kargüzar A. Kazımovaya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə, barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb.
V. Vəliyev şübhəli şəxs qismində tutulub.

#❗Masallıda dönərxana yanıb

Masallı rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli dönərxananın yanar konstruksiyaları 30 m² sahədə, içərisində 2 ədəd soyuducu və 1 ədəd dönərbişirən avadanlıq yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#SONDƏQİQƏ

Vidadi Muradov vəfat edib

“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov vəfat edib.

Məlumata görə, onkoloji xəstəlikdən əziyyət çəkən sabiq sədr bu gün dünyasını dəyişib.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs edilən V.Muradovun bir neçə gün əvvəl barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək müalicəsinə şərait yaradılmışdı.

Qeyd edək ki, V. Muradov Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradovun atasıdır.

#❗2022-ci ilin büdcə zərfinin Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix məlum olub

Büdcə zərfi noyabrın 10-da parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

İclasda müvafiq nazirliklər və dövlət qurumlarının rəhbər şəxsləri, deputatlarla bərabər, iclasda bu il ilk dəfə Milli Məclis sədrinin təşəbbüsü ilə parlamentdə təmsil olunan bütün partiyaların, o cümlədən müxalifət partiyalarının sədrləri də iştirak edəcək.

#❗Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən bu gün hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərlə test imtahanı keçirilir.

İmtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında təşkil olunur.

#Azərbaycanda gələn il minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır.

Bu gələn ilin büdcə layihəsində əksini tapıb.

Layihəyə əsasən, ünvanlı sosial yardımın tətin edilməsi üçün ehtiyac meyarı 170 manatdan 200 manata qaldırılır.

#ABŞ səfirliyi Dövlət katibinin köməkçisinin müavininin Azərbaycana səfəri ilə bağlı məlumat yayıb

Məlumatda deyilir ki, ABŞ-ın Bakıdakı Səfirliyi Avropa və Avrasiya Məsələləri Bürosunda Dövlət katibinin müavin köməkçisi Erika Olsonu Bakıda salamlamaqdan məmnundur. Xanım Olson Bakıda olarkən Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinin nümayəndələri, səfir Litzenberger və səfirliyin əməkdaşları ilə görüşəcək, həmçinin Bakı şəhəri ilə bir az tanış olmaq şansı əldə edəcək.

#