Günlük xəbərlər

gulu1096
🚨Naftalanda ər və arvad dəm qazından zəhərlənib

Hadisə Qaşaltı kəndində baş verib.
1984-cü il təvəllüdlü Mustafayev Xəyyam Yunis oğlu və həyat yoldaşı 1989-cu il təvəllüdlü Heydərova Sevil İman qızı yaşadığı evdə dəm qazından zəhərlənərək xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#SONDƏQİQƏ

Azərbaycan Prezidenti “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunda çıxış edir - CANLI

👉🇦🇿🇹🇷Binəli Yıldırım: "44 günlük savaşdan sonra başqa Cənubi Qafqaz var"

“Azərbaycanda, qardaş ölkədəyik. Bu gün 8-ci Bakı Beynəlxalq Forumunda pandemiyadan sonrakı durum, regional və qlobal məsələlər müzakirə olunacaq”.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım bildirib.

O, bu Forumun çox faydalı olacağını düşündüyünü deyib: “4 gün sonra Qarabağ zəfərinin ildönümünü qeyd edəcəyik. Azərbaycan 44 günlük savaşda Qarabağı azad edib. Bu mübarizəyə liderlik edən Prezident İlham Əliyevə təşəkkür edirik. 44 günlük savaşdan sonra başqa Cənubi Qafqaz var. Artıq əsas məsələ bölgənin rifahı, inkişafıdır”.

#Prezident İlham Əliyev: “Qlobal Bakı Forumu qlobal siyasətə uyğun məsələlərin həlli baxımından aparıcı platformalardan birinə çevrilir”

#Prezident İlham Əliyev: “Yaşı 18-dən yuxarı olan əhalinin təxminən 60%-ni iki doza peyvənddən keçirmişik”

#Prezident İlham Əliyev: “Məhdudiyyətlər səbəbindən iş yerini itirənlər üçün sosial paketlərə dövlət büdcəsindən 2,9 milyard dollar vəsait ayrılmışdı. Biz məhdudiyyətlərin yaratdığı çətinlikləri yumşaltmaq üçün ciddi tədbirlər gördük”.

#🇦🇿Prezident İlham Əliyev: “Qoşulmama Hərəkatının sədri kimi 30-dan çox ölkəyə maliyyə və humanitar yardım etdik”

#Prezidenti İlham Əliyev: “7000 əsgərin ölümü və 44 günün keçməsi tələb etdi ki, Ermənistan rəhbərliyi bunu başa düşsün”

#🌏ÜST-ün Baş direktoru: “COVID-19-dan sonra daha böyük həmrəyliyə nail olacağımıza inanırıq

“Dünya ölkələrinin yalnız 2/3 hissəsi əhalinin əksəriyyətinə vaksin vurub”.

Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus videomüraciətində bildirib.

#"Qarabağın işğaldan azad edilməsi tək ərazi bütövlüyümüzün , tarixi ədalətin bərpası deyil, eyni zamanda Azərbaycan iqtisadiyyatına əlavə gücün qatılması, ölkənin daha sürətli inkişafının təmin etməsinə yönəlmiş prosesdir". Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, açıq dənizə çıxışı olmamasına baxmayaraq Azərbaycan dövlət başçısı İlham Əliyevin çoxşaxəli fəaliyyəti sayəsində logistika mərkəzi və ticarət əlaqələrində önəmli yer tutan ölkə kimi özünü təsdiq edib: “Zəngəzur dəhlizinin açılması ilə ölkəmizin tranzit potensialı daha da yüksələcək. Proses Azərbaycanın bundan sonra daha sürətli inkişafına, regionda, ümumiyyətlə dünyada olan mövqeyinin daha da möhkəmlənməsinə və xalqın rifahına xidmət edəcək".

#🚨Bakıda narkokuryerlik və oğurluq edən şəxslər tutulub

#Ermənistan “altılıq platforması”nda iştirakla bağlı konkret qərar qəbul etməyib

Hazırda Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiya və demarkasiyası ilə bağlı danışıqlar aparılmır.

Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaqe Qevorkyan parlamentdə bildirib.

Onun sözlərinə görə, adıçəkilən məsələ ilə bağlı danışıqlar aparılmadığından konkret xəritələr və sənədlər barəsində danışmaq hələ tezdir.

Nazir müavini vurğulayıb ki, İrəvan müxtəlif platformalarda, o cümlədən “altılıq platforması”nda ("3+3") regional məsələlərin müzakirəsində iştirakla bağlı təkliflər alıb.

#🚨İranda avtobus yük maşını ilə toqquşub, 3 nəfər ölüb, 19 nəfər yaralanıb

Qəza Kürdüstan əyalətində, Saqqız-Divandərə magistral yolunda qeydə alınıb.

Sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 3 nəfər ölüb, 19 nəfər yaralanıb.

#Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icmasının üzvləri işğaldan azad edilən Xocavənd rayonunun Çinarlı kəndinə səfər edib.

# ☁️Sabahın hava proqnozu

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-14° isti, Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 14-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

#🇦🇿🇹🇷Türkiyə Böyük Millət Məclisində “Azərbaycanın Vətən Müharibəsində Zəfər Bayramı” adlı foto-sərgi

TBMM sədri Mustafa Şentop bildirib ki, Türkiyə parlamentində Azərbaycanla bağlı çox sərgi keçirilib.

📌Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tədbirə görə təşəkkürünü ifadə edib.

#❗ATƏT-in Minsk Qrupunun fransalı həmsədri dəyişib

Stefan Viskontinin yerinə bu vəzifəyə Bris Rokfeyl təyin edilib.

Qeyd edək ki, S. Viskonti 2016-ci ilin oktyabrından etibarən adıçəkilən vəzifədə çalışıb.

#Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı genişləndirilib

#⚡Bakıda qısqanclıq zəminində qadını öldürdürməkdə təqsirləndirilən Telman Mövsümzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

✅Hökmə əsasən, T.Mövsümzadə 19 il müddətinə azadlıqdan məhrum edilib.

#Ukraynada yeni müdafiə naziri təyin olunub

Ukrayna Ali Radası Prezident Vladimir Zelenskinin təqdimatı əsasında Aleksey Reznikovu müdafiə naziri vəzifəsinə təyin edib.

Qeyd edək ki, A. Reznikov daha əvvəl Baş nazirin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri olub.

#Kamran İmanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

#❗QMİ sədri: “Vətən müharibəsi dövründə din xadimləri orduya dəstəklərini əsirgəməyiblər”

#🇦🇿Ceyhun Bayramov: “Danışıqlar nəticə vermədiyi üçün münaqişəni hərbi yolla həll etdik”

“Azərbaycan müstəqilliyinin ilk illərində işğala məruz qalmışdı”.

Bunu bu gün VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “COVID-19-dan sonra yeni dünya nizami” panelində çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

#Ceyhun Bayramov: Dünya hələ COVID-19-dan sonrakı dövrə keçməyib: “Pandemiyanın təsirləri həyatımızda hələ müəyyən müddət də olacaq. Azərbaycan Prezidenti peyvəndlərə bərabər çıxışın təmin edilməsi və onların bərabər şəkildə paylanılması üçün BMT qarşısında təşəbbüslə çıxış edib”

#Roma Papası Fransisk VIII Qlobal Bakı Forumuna müraciət edib.

Müraciəti forumun açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin oxuyub.

Roma Papası Forumun keçirilməsinin həm də Nizami Gəncəvinin 880 illiyi ilə eyni vaxta düşdüyünü bildirib: “Nizami Gəncəvi yaradıcılığına hörmət əlaməti olaraq 2021-ci il Azərbaycanda “Nizami ili” elan olunub.

#🇦🇿Ceyhun Bayramov: “Azərbaycanın qazandığı Zəfər regionda əməkdaşlığın genişlənməsi üçün imkanlar açıb”

# 🌫Bakı və Abşeronda toz dumanı müşahidə olunur

❗Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, hazırda Bakı və Abşeronda havada tozun miqdarı normadan 2.5 dəfə çoxdur.

📌Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

#Qlobal Bakı Forumu çərçivəsində "COVID-19-dan sonra yeni dünya nizami" mövzusunda panel keçirilib

#❗Kambocanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Kamboca Xalq Partiyasının sədri Kamboca Krallığının Baş naziri Hun Sen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

#🇦🇿Ceyhun Bayramov İran maşınlarının Qarabağa qanunsuz səfəri ilə bağlı Tehranla aparılan danışıqlara aydınlıq gətirib

“Azərbaycanın Qarabağ bölgəsinə İrandan maşınların keçməsi ilə bağlı narahatlığımız İran tərəfinə çatdırılmışdı. Buna baxmayaraq, belə hallar davam etmişdi”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, daha sonra Azərbaycan ərazisində yoxlama tədbirləri keçirilən zaman İran şirkətlərinə məxsus iki nəqliyyat vasitəsinin qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olması faktları aşkar edilmiş, həmin sürücülər saxlanılmış, maşınlar müsadirə edilmişdi: “Sonradan müxtəlif istiqamətlər, o cümlədən diplomatik kanallar vasitəsilə danışıqlar davam etdirildi. Hesab edirəm ki, bu istiqamətdə normal nəticə əldə olundu.

İranın Şəhərsalma və Nəqliyyat Nazirliyi daxilində olan müvafiq qurum tərəfindən bu istiqamətlə bağlı rəsmi açıqlama verilmişdi”.

# Aİ Şəki, Xırdalan və Lənkərana 30 min avro ayırıb

Noyabrın 12-də, saat 11:00-da Bakıda EU4Culture-da Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Mədəni İnkişaf Strategiyalarının hazırlanması üçün 30 000 Avro qrant alacaq üç seçilmiş şəhərin elan edilməsi məqsədilə mükafatlandırma mərasimi təşkil olunacaq.

# ❗11 yaşında ana olan qızın qardaşı da müəssisəyə yerləşdirilib

Zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı qızın qardaşı da müəssisəyə yerləşdirilib.

Bunu Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Haşımov bildirib.

Qeyd edək ki, Azyaşlının anası da artıq Agentliyin sığınacağına yerləşdirilib. Burada ona müvafiq sosial-psixoloji reabilitasiya tədbirləri çərçivəsində xidmət göstərilməsinə başlanıb.

#🇦🇿Nazir Azərbaycan və Ermənistan liderlərinin görüşünün mümkünlüyünü istisna etməyib

“Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında hər hansı görüşün keçiriləcəyi ilə bağlı məlumat yoxdur”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib

Nazir müharibədən sonra Moskvada Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri ilə görüşdüyünü xatırladıb.

XİN rəhbəri gələcəkdə Azərbaycan və Ermənistan liderlərinin görüşünün mümkünlüyünü istisna etməyib

#Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib.

#❗Direktor: “Xəyyam Abdinovun həbsinin Müasir İncəsənət Muzeyi ilə əlaqəsi yoxdur”

Müasir İncəsənət Muzeyi bir sıra mətbuat orqanlarında Xəyyam Abdinovun həbsi ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama verib.

Müasir İncəsənət Muzeyinin direktoru Rövlan Əliyev bildirib ki, Xəyyam Abdinov uzun müddətdir, Muzeydə çalışmır, o, direktor vəzifəsindən azad olunub

“Xəyyam Abdinovun həbsi ilə bağlı məsələlərin Müasir İncəsənət Muzeyi ilə hər hansı əlaqəsi yoxdur”, - deyə Rövlan Əliyev bildirib.

Qeyd edək ki, X. Abdinovun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən tutulduğu barədə məlumat yayılıb.

#Azərbaycan Prezidentinin köməkçisi: “Biz hələ pandemiyanın ortasındayıq”

#📸Azərbaycanda 500 manat nominalında yeni əsginaz tədavülə buraxılıb

#❗ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana səfər edib

ABŞ-ın Ermənistandakı səfiri Lin M. Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli C. Degnan, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Dövlət katibinin müavini Erika Olson, amerikalı həmsədr Andryu Şofer və USAİD təşkilatının administratorunun köməkçisinin müavini Aleksadr Sokolovski, ABŞ-ın Yerevandakı səfirliyinin ev sahibliyi etdiyi Regional Missiyalarının Rəhbərlərinin görüşündə iştirak ediblər.

#🇹🇷Türkiyənin sabiq xarici işlər naziri: “Paşinyanın ümumi olaraq dediyi sözləri daha irəli aparması lazımdır”

“Hazırda əsas məsələ Cənubi Qafqazda sülhün, barışın, sabitliyin bərpa edilməsidir”.

Bunu Türkiyənin sabiq xarici işlər naziri, 2003-2006-cı illərdə NATO-nun Əfqanıstanda Baş Mülki Nümayəndəsi olmuş Hikmət Çətin deyib.

#🇵🇰🇦🇿Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələrin inkişafına dair memorandum imzalanıb

#🇦🇿Gələn ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 210 manata qaldırılır

2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 210 manat məbləğində müəyyən edilir.

Bu, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

# 🇦🇿Şahmar Mövsümov: “Azərbaycan hökuməti növbəti 5 il üçün inkişaf strategiyası üzərində işi tamamlayır”

👉🇦🇿Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir

# Vüqar Səfərli: "Sənəddə əvvəl laminat yazılmışdı, sonradan bildim ki, parket vurulmalı imiş"

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bünyamin İsmayılov dövlət ittihamçısının suallarını cavablandırıb.
Prokurorun suallarını cavablandıran B.İsmayılov bildirib ki, ittihamda göstərilər qiymətlərin şişirdilməsi ilə bağlı məsələnin ona aidiyyəti olmayıb: "Mən başa düşmürəm ki, nəyi şişirtmişəm? Layihəyə uyğun olaraq hər şeyin qiyməti var idi. Layihədə göstərilənlərlə görülən işlər arasında hər hansı fərq olanda rəhbərliyə məruzə edirdik. Mən kiməm ki?"
Daha sonra B.İsmayılovun vəkili Vüqar Səfərliyə sual verərək ondan binaların tikintisi zamanı parket əvəzinə laminatdan istifadə edilməsinin necə baş verdiyini soruşub.
V. Səfərli bildirib ki, onun bu məsələdən sonradan xəbəri olub: "Sənəddə əvvəl laminat yazılmışdı. Mən sonradan bildim ki, parket vurulmalı imiş. Ümumiyyətlə, orada bəzi işlər var idi ki, layihədə nəzərdə tutulmamışdı, amma edilməli idi".
Daha prosesdə təqsirləndirilən şəxs Telman Tahirov ifadə verib.
T.Tahirov bildirib ki, jurnalistlər üçün ikinci və üçüncü binanın tikintisi zamanı layihə rəhbəri və baş memar olub. O, verilən ittihamla özünü təqsirli bilməyib: "Verilən ittihamla razı deyiləm. Orada layihəçiyə aid olmayan şeylər var. Sifariş verilib, biz də icra etmişik. Biz layihəni hazırlayıb ekspertiza idarəsinə təqdim edirdik. Mən arxayın hər şey yaza bilərəm, amma dövlətin ekspertizası var. Baş Ekspertiza İdarəsindən rəy alandan sonra bizim layihə qanuni hesab olunurdu".
Təqsirləndirilən şəxs ifadəsində KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərlini şəxsən tanımadığını, yalnız televiziyada gördüyünü deyib: "Mənə ittiham verilib ki, Vüqar Səfərli və digərləri ilə mənimsəmə aparmışam. Belə şey olmayıb. Mənə fond sifarişi verirdi, mən də layihəni hazırlayıb ekspertiza idarəsinə göndərirdim. İdarədən layihə ilə bağlı rəy gələndən sonra mənim işim başa çatırdı".
Proses noyabrın 10-da davam etdiriləcək.
Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.
Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

❗Amnistiya Aktı pandemiya ilə əlaqədar məsuliyyətə cəlb olunmuş şəxslərə şamil edilməyəcək

“Hazırkı Amnistiya Aktı cinayət törətmiş şəxslərin cəzadan azad edilməsi, şəxslərə təyin olunmuş cəzanın müddətinin azaldılması, məhkumluğun götürülməsi və cinayət təqibinə xitam verilməsi formasında reallaşacaq”.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

#Şahmar Mövsümov:“Azərbaycanda pandemiya ilə bağlı qapanmalar gözlənilmir”.

#🦠💉Şahmar Mövsümov 5 yaşa qədər uşaqlara COVID vaksini vurulub-vurulmayacağı barədə məsələyə aydınlıq gətirib

O, bildirib ki, bununla bağlı tövsiyə yoxdur: “Tövsiyə var ki, uşaqlarda hər hansı xəstəlik varsa, risk qrupuna aiddirsə, onda həkimlərin məsləhəti ilə 12 yaşına qədər olan uşaqlara vaksin vurula bilər. Ümumilikdə uşaqlara COVID-19 əleyhinə vaksin vurulması nəzərdə tutulmayıb”.

#Şahmar Mövsümov: “Restoranların fəaliyyətinə gecə saat 12-dən sonra qoyulan məhdudiyyətin götürülməsi nəzərdə tutulmur”

#🇦🇿Prezidentin köməkçisi koronavirusun yayılması ilə əlaqədar məktəblərdə tətil elan olunub-olunmayacağına münasibət bildirib

O, bildirib ki, Təhsil Nazirliyi tərəfindən xüsusi protokoldan istifadə edilir: “Əgər sinifdə kimsə koronavirusa yoluxubsa, həmin sinif bağlanır, müəllimlər xəstələnirsə, məktəb bağlanır və 2 həftəlik distant təhsilə keçirilir. Bu protokola əsasən, təhsildə idarəetmə həyata keçirilir. Əsas göstərici xəstəxanalarda əlavə yerin olub-olmaması ilə bağlıdır. Xəstəxanalarda yerlər varsa, deməli bizim səhiyyə sistemimizin xəstələri qəbul etmək imkanı var və qapanmaya getməyə ehtiyac yoxdur”.

#🇦🇿Prezidentin köməkçisi: “Yeni il bayramında restoranların saat 12-yə qədər işləməsi ilə bağlı məhdudiyyət götürülə bilər”

👉🚨 *SON DƏQİQƏ*

🇦🇿DSX-nin hərbi qulluqçusu təlim zamanı aldığı qəlpə yarasından vəfat edib.

ℹ️Noyabr ayının 4-də saat 17:20 radələrində DSX Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı çavuş Əhmədov Tural Əkrəm oğlu AQS-17 silahından atəş açarkən qəlpə yarası alıb. Hərbi qulluqçunun təxliyəsi üzrə dərhal tədbirlər görülsə də, həyatını xilas etmək mümkün olmayıb.

*🌏*