🦠💉Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropadan kənarda istehsal edilən daha bir vaksinin istifadəsinə icazə verib.
Hindistanın “Brahat Biotech” əczaçılıq şirkətinin istehsalı olan “Covaxin” adlı preparatın tətbiqinə razılıq verilib. Effektivliyi 78% olan dərman vasitəsi yaşı 18-dən yuxarı olan bütün insanlara tətbiq edilə bilər. Hindistanlı mütəxəssislərin hazırladığı vaksin xüsusi saxlanma şəraiti tələb etmədiyi üçün kasıb ölkələrin daha çox marağına səbəb olacağı bildirilir.
#❗Gürcüstan Prezidenti Salome Zurabişvili həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilini əfv etməyəcək.
Bu barədə S. Zurabişvili keçirdiyi brifinqdə deyib. Bildirib ki, sabiq Prezident M. Saakaşvili ilə bağlı mövqeyi dəyişməyib.
“Mənim sabiq prezidentin əfv edilməsi ilə bağlı mövqeyim dəyişməyib – yox və heç vaxt”, deyə S. Zurabişvili bildirib.
Xatırladaq ki, Gürcüstana qeyri-qanuni yollarla gəldiyi bildirilən M. Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilib.
# 🚨Şirvanda ana və qızı dəm qazından zəhərlənmə diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə şəhərin 28 may küçəsində yerləşən mənzildə baş verib.
Şirvan şəhər sakini, 1991-ci il təvəllüdlü Pənahova Susanə Vidadi qızı və onun qızı 2010-cu il təvəllüdlü Nərmin dəm qazından zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
# ❗️ *SON DƏQİQƏ*
😷Təhsil Nazirliyi: "Azərbaycanda fəaliyyət göstərən məktəblərdə koronavirusla əlaqədar kritik vəziyyət yoxdur. Ona görə də bu gün məktəblərin ümumilikdə distant tədrisə keçidi gündəmdə deyil".
*🌏*📱“Instagram” və “Facebook”un işində problem yaranıb
Problemlə ilk növbədə ABŞ, Fransa, Almaniya, Polşa, Kanada və Rusiyadan olan istifadəçilər qarşılaşıblar.
“Instagram”dakı problemlər başlıca olaraq tətbiqin işləməsi və serverlə əlaqə ilə bağlıdır. “Facebook”da isə istifadəçilərin şəxsi məlumatlarına girişi çətinləşib.
#⚡Nəzarətsiz qalan uşaq xilas edilib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfərin fərdi evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Müraciət qəbul edilən kimi FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində giriş qapısının açılması, evdə halsız vəziyyətdə aşkarlanan qadının və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
#🇹🇷🦠😷Türkiyədə daha 224 nəfər yeni növ koronavirusdan (COVID-19) dünyasını dəyişib.
#Konfrans Liqası: "Qarabağ" səfərdə "Kayrat"la qarşılaşacaq
Bu mərhələlərin ardıcıllığına əməl edilməsi həm əlaqənin yaradılması üçün, həm də tərəf-müqabilə psixoloji təsir göstərilməsi
üçün prinsipial baxımdan mühümdür.
Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin IV turunda “Kayrat”la üz-üzə gələcək.
İki həftə əvvəl Qazaxıstan təmsilçisini Bakıda 2:1 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri bu dəfə Almatıda rəqiblə qarşılaşacaq. İlk 3 matçda “Bazel”lə eyni sayda – 7 xal toplayan “Qarabağ” artıq bu turda pley-offa vəsiqəni rəsmiləşdirə bilər. Bunun üçün təmsilçimiz qalib gəlməli, həmçinin “Bazel” səfərdə “Omoniya”ya uduzmamalıdır.
Bu mövsüm avrokuboklarda məğlubiyyət üzü görməyən ağdamlılar uğurlu seriyanı davam etdirmək, “Kayrat” isə növbəti mərhələ şansını əldən verməmək üçün qalib gəlməyə çalışacaq
#❗Türkiyənin Müdafiə Nazirliyi “S-400” raketlərinin İncirlik bazasına yerləşdirilməsi xəbərini təkzib edib
“Sosial şəbəkələrdə “S-400” raket kompleksinin Adanadakı İncirlik hərbi hava bazasına aparılması ilə bağlı yayılan məlumatlar doğru deyil”.
Qeyd edək ki, sosial şəbəkələrdə ABŞ-ın Müdafiə Nazirliyinin rəsmisinə istinadla Türkiyə, ABŞ və NATO-nun birgə istifadə etdiyi İncirlik hərbi hava bazasına “S-400” raket kompleksinin gətirməsi haqqında məlumatlar yayılıb.
#🇦🇿Bu gün Qlobal Bakı Forumu başlayır
ℹAzərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu başlayır.
📌Forum noyabrın 6-da başa çatacaq.
#