Günlük xəbərlər

gulu1096
🇦🇿 *Müdafiə Nazirliyi:*
Azərbaycan Ordusunun bölmələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır.

Qarşı tərəf bu kimi yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır.

Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri istənilən təxribatların qarşısını qətiyyətlə alacaqdır.

*🌏*"Bölgədə kommunikasiyaların açılması nəticəsində Azərbaycan Naxçıvanla avtomobil və dəmir yolu əlaqəsi əldə edəcək".

N. Paşinyan

*🌏*❗ *Tovuzda şəhidləri təhqir edən şəxs həbs olunub.*

Sosial şəbəkələrdə Tovuz rayonunda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən Aqil İbrahimov barəsində 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

*🌏**SON DƏQİQƏ❗️İşığın qiyməti qalxdı.*

▶️Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında qurumun “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə”  qərarına dəyişiklik olunub.

✅Bundan sonra elektrik enerjisinin 1 kVt/saat-nın aşağı qiyməti 1 qəpik, yuxarı isə 2 qəpik bahalaşıb. 

*🌏* 🎖Bəhram Bağırzadə və Şəmistan Əlizamanlı “Tərəqqi” medalı ilə təltif edilib. Bu haqda Prezident İlham Əliyev sərəncam imzalayıb.

#❕Qazın da qiyməti dəyişdi:

📈Belə ki, əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırıldı.

#✅Prezident İlham Əliyev Nazirlər Kabinetinə əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlamasını tapşırıb.

# *Bu gün Fizulinin azad edilməsindən 1 il ötür*

#🌧Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.

🌨Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimali var


#Hikmət Hacıyev: “17 oktyabr 2020-ci ildə şan, şərəf və kədər bir-birinə qarışdı. Erməni qüvvələrinin Füzulidəki əsas qalası darmadağın edildi və şəhər azad olundu. Erməni qüvvələri bədxah və qorxaq şəkildə intiqam əlaməti olaraq yenidən Gəncədəki günahsız mülki əhalini ballistik raketlərlə hədəfə aldı”.

#❗️Prezident İlham Əliyev Füzuli-Ağdam avtomobil yolunun təməlini qoyub;

✈️Ölkə başçısı Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olub;

🇦🇿Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə tanış olublar, burada ağac əkiblər. Dövlətimizin başçısı ilk yaşayış binalarının təməlini qoyub;

🏡Daha sonra dövlətimizin başçısı Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoyub.