Günlük xəbərlər

gulu1096
Polis Tovuzda şəhidlər haqqında nalayiq ifadələr işlətdiyi bildirilən şəxslə bağlı araşdırma aparır Tovuz rayonunun Qovlar kəndində şəhidlər haqqında nalayiq ifadələr işlətdiyi bildirilən şəxsi bir neçə nəfər qəbiristanlığa gətirərək, üzr istəməyi tələb edib.

Onlar qəbiristanlıqda həmin şəxsi şəhidlərin məzarı önündə diz çökməyə və daha sonra məzar daşlarını öpməyə məcbur edib, həmin prosesi lentə alaraq sosial şəbəkələrdə paylaşıblar. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, sosial şəbəkələrdə yayılan həmin video-görüntülərlə bağlı Tovuz rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır: "Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək və bu barədə ictimaiyyətə əlavə məlumat açıqlanacaq".

Şəhidləri təhqir etdiyi deyilən və onu cəzalandıranların kimliyi hələlik açıqlanmır.

# ❗Bu gün 1448 yeni yoluxma, 847 nəfər sağalıb,11 nəfər COVİD-19-dan vəfat edib

#💉Azərbaycanda koronavirus əleyhinə bu günə qədər 357 yeniyetmə vaksinasiya olunub.

# 🇦🇿🇷🇺🇦🇲 Rusiya XİN: “Moskva ardıcıl olaraq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, habelə 11 yanvar 2021-ci il üçtərəfli razılaşmalarının bütün müddəalarının sözsüz yerinə yetirilməsinə çağırır”.

# 🇦🇿ŞƏHİDİN VAR AZƏRBAYCAN

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib. Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

#ÜST: Pandemiya ilə mübarizəyə 20-25 milyard dollar tələb olunur

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus G20-lərin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri ilə görüşündə koronavirus testlərinin, həmçinin peyvəndlərin, müalicə və fərdi qoruyucu vasitələrin istifadəsinin genişləndirilməsi üçün 20-25 milyard ABŞ dolları sərmayə tələb olunduğunu söyləyib.
Çıxışın mətni ÜST-ün Cenevrədəki mənzil-qərargahında yayımlanıb.
"Pandemiyaya hazırlıq və reaksiya üçün mövcud maliyyə arxitekturası qeyri-kafidir", - o deyib. ÜST rəhbəri hazırkı maliyyələşdirmənin həcmcə çox kiçik olduğunu, əldə etmək çətin olduğunu və çevik olmadığını söyləyib. Tedros Adanom Qebreyesus COVID-19 üçün diaqnostika və dərmanlara qlobal girişi təmin etmək üçün ACT-“Accelerator” beynəlxalq tərəfdaşlığının strateji planını və büdcəsini tam maliyyələşdirərək qlobal iqtisadi canlanmaya yenidən başlamağa çağırıb.
"Koronavirus testi, müalicə, fərdi qoruyucu vasitələrinə və peyvəndlərə çıxışın genişləndirilməsi və ÜST-ün ilin sonuna qədər bütün ölkələrin əhalisinin 40%-ni, gələn ilin ortalarına qədər 70%-i vaksinasiya etməsini dəstəkləmək üçün 20-25 milyard ABŞ dolları sərmayə lazımdır", - Qebreyesus vurğulayıb.

#Bakıda metro yaxınlığında kütləvi dava olub, bıçaqlanan var

Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Binəqədi rayonunda qeydə alınıb.
“Memar Əcəmi” metrostansiyasının yaxınlığında bir neçə nəfərin iştirakı ilə dava olub. Dava zamanı 23 yaşlı Bədəlov Əlimurad Əlövsət oğlu bıçaq xəsarətləri alıb. Yaralı təcili tibbi yardım ilə xəstəxanaya çatdırılıb. Onun bədənində 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

#❗️❗️❗️İlham Əliyev: "Ermənistan İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib".

#❗❗❗ Ermənilərin tibbi yardım maşını ilə TERROR CƏHDİ
Oktyabrın 15-də səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçularımızın sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur ediliblər.
"Bildiririk ki, mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadə edilməsi qəti yolverilməzdir, terrorçulara xas olan metoddur və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Bir daha xəbərdarlıq edirik ki, istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı tərəfimizdən dərhal və qətiyyətlə alınacaq", - deyə MN-in məlumatında bildirilir.

#🆘Azərbaycanda yeni doğulmuş körpələr arasında koronavirusa yoluxma halları aşkarlanıb.

#*Bakıda bıçaqlanma hadisəsi baş verib.*

“Memar Əcəmi” metrostansiyasının yaxınlığında bir neçə nəfərin iştirakı ilə dava olub. Dava zamanı 23 yaşlı Bədəlov Əlimurad Əlövsət oğlu bıçaq xəsarətləri alıb. Yaralı təcili tibbi yardım ilə xəstəxanaya çatdırılıb. Onun bədənində 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.


*🌏*🇦🇿❗️ *Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov:*

"Azərbaycanda yeni doğulmuş körpələr arasında koronavirusa yoluxma halları aşkarlanıb.
Onlar arasında virusu ağır keçirənlər də var. Amma, yeni doğulan körpələr və azyaşlılar böyüklərə nisbətən xəstəliyi yüngül keçirirlər”.

*🌏*🇦🇲 *Nikol Paşinyan: "Ermənistan*🇦🇿

Naxçıvana dəmir və avtomobil yolu açmağa razılıq verməyə məcbur oldu".

*🌏*Peşə təhsili müəssisələrində sentyabrın 29-da ənənəvi dərslər bərpa ediləndən bu günə qədər 40 tələbə, 14 işçi heyət nümayəndəsi koronavirusa yoluxub.

*🌏*❗Erməni mətbuatının iddiasına görə, hal-hazırda Sədərək-Arazdəyən istiqamətində atışma baş verir. Atışma nəticəsində kənd ərazisində yanğınlar başlayıb.

*🌏*