Günlük xəbərlər

gulu1096
Apple şirkətinin qurucularından olan Stiv Cobsun son sözləri:

''İndi xəstəxana palatasında yatıram və nəhayət ölmək haqqında düşünürəm,sərvət həyatımda öyrəşdiyim həqiqətdir.Ağır xəstə olarkən yatağımda uzanıb ömür yoluma baxanda,əldə etdiyim bütün uğurların və məşhurluğun mənasız olduğunu anlayıram.Bir sözlə,qaçılmaz ölüm qarşısında ən yüksək nöqtə.Siz müxtəlif əşyalar tapa, ala bilərsiniz, ancaq bir şeyi tapa,ala bilməzsiniz – bu həyatdır.Biz nə qədər yaşa doluruqsa,o qədər də müdrikləşirik,30 dollarlıq saatla 300 dollarlıq saat eynidir, hər ikisi eyni zamanı göstərir. Biz 150 min və ya 20 min dollarlıq avtomobildə eyni yolu gedirik, məsafə hər ikisində eynidir və hər ikisi bizi təyinat nöqtəsinə gətirib çıxaracaq. Yaşadığımız 300 və ya 3000 kvadratmetrlik evlərin hər ikisi eynidir. Sizin həqiqi daxili xoşbəxtliyiniz maddi şeylərdən yaranmır, olmur. Siz yalnız sizi xatırlayan, sevən dostlarınız olduqda xoşbəxtsiniz! Tez getmək istəyirsinizsə tək gedin. Amma əgər uzağa getmək istəyirsənsə, birlikdə gəzin′′.

❗Sabirabadda tələbə intihar edib
Sabirabadda 17 yaşlı gənc özünü asaraq intihar edib.

Məlumata görə, Sabirabad rayonunun Bulaqlı kənd sakini, 2004-cü il təvəllüdlü Mirzəyev Elmir Məhəmməd oğlu özünü yaşadıqları evin həyətindəki yarımtikilidə asıb.Qeyd edək ki, E.Mirzəyev Sabirabad Dövlət Sosial İqtisad Kollecinin tələbəsi olub.

Faktla bağlı Sabirabad prokurorluğu tərəfindən araşdırma aparılr.

# 🇦🇿 | Dövlət Sərhəd Xidməti:

"Ermənistan ilə dövlət sərhədində Gorus-Qafan yolunun Azərbaycan əra­zisindən keçən hissəsində sərhəd və gömrük nəzarətinin tətbiq olunması Azər­baycanın suveren hüququdur."

# ❗❗❗Bakıda yanğın baş verən binada 6 yaşlı uşağın meyiti tapılıb Bakı şəhərinin Pirallahı rayonunda yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 215 kv.m olan birmərtəbəli, beşmənzilli binanın (taxta konstruksiyalardan ibarət ümumi həyət tipli ev) yanar konstruksiyaları ümumilikdə 155 kv.m sahədə yanıb.

FHN-in verdiyi məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürüüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini xilas edilib. Yanğının kəşfiyyatı zamanı 2015-ci il təvəllüdlü Ələsgərov Emil Elkin oğlunun meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

# Səhiyyə Nazirliyi tibb işçilərini və yaşı 50-dən yuxarı əhalini 3-cü doza peyvəndlənməyə çağırıb. Koronavirusa qarşı istifadə olunan peyvəndlərin effektinin müəyyən müddətdən sonra azaldığı da araşdırmalarla sübuta yetirilib. Xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Qeyd edək ki, Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniyada, İsveçrədə də artıq 3-cü gücləndirici doza vaksinasiyaya start verilib.

Son elmi tədqiqatların nəticələrini və COVID-19 virusunun mutasiya uğramasını nəzərə alaraq. Səhiyyə Nazirliyi hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dən yuxarı olan əhalini 3-cü doza (“buster” doza) ilə peyvəndlənməyə çağırır.

Qeyd edək ki, üçüncü doza üçün Azərbaycanda təsdiq olunan bütün vaksinlər istifadə oluna bilər

# Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan bir il ötür.

2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.

Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.


#💉Səhiyyə Nazirliyi üçüncü dozanın vurulması ilə bağlı əhaliyə müraciət edib.

# ❗ *XİN:* Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək
“Əfsus ki, İran Xarici İşlər Nazirliyi Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir. Bu kimi ittihamları qətiyyətlə rədd edirik”.
“Biz, 44 günlük müharibə dövründə bəyan etmişdik, indi də növbəti dəfə vurğulayırıq ki, Azərbaycan ərazisində heç bir iddia olunan terrorçu olmayıb və yoxdur. Ümumiyyətlə, terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayıb”
Təəccüblüdür ki, İran tərəfindən müharibə zamanı belə ittihamlar irəli sürülməmiş və müharibədən sonra ölkədə yeni hökumət hakimiyyətə gələnə qədər bu xüsusda heç bir narahatlıq doğuran məsələ olmamışdır.

Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınmasıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır.

Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar. Xatırladırıq ki, hələ ötən ilin oktyabr ayında Azərbaycan XİN-i ölkənin o zaman işğal altında olan ərazilərində gedən döyüşlərdə erməni muzdlu döyüşçülərinin iştirakına dair konkret faktlara əsaslanan məlumatı ölkədəki diplomatik korpusa, o cümlədən İran İslam Respublikasının səfirliyinə təqdim edib”

*🇦🇿🇹🇷 *Azərbaycan və Türkiyə XİN başçıları regiondakı vəziyyəti müzakirə edib.*

*💉🦠Səhiyyə Nazirliyi bu şəxslərə 3-cü doza ilə bağlı çağırış etdi

Son elmi tədqiqatların nəticələrini və COVID-19 virusunun mutasiya uğramasını nəzərə alaraq, Səhiyyə Nazirliyi hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dan yuxarı olan əhalini 3-cü doza (“buster” doza) ilə peyvəndlənməyə çağırır.

Qeyd edək ki, üçüncü doza üçün Azərbaycanda təsdiq olunan bütün vaksinlər istifadə oluna bilər.

#🚨 *Lerikdə qaya uçqunu olub.*

ℹ️Nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

*🌏*Oktyabrın 11-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Arşak Karapetyan arasında Moskvada görüş olub. Tərəflər müdafiə sahəsində əməkdaşlığa, Ermənistan sərhədindəki şəraitə və regional vəziyyətə dair məsələləri müzakirə ediblər.

*🌏*❗ *İrandan Azərbaycana 100 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb.*

Sərhəd pozucularından biri ərazidən uzaqlaşmağa çalışarkən üzərində idman çantası ilə saxlanılıb, digər iki nəfər isə sərhəd naryadlarının “Dayan” əm­rinə tabe olmayaraq əllərindəki qaçaqmalı yerə ataraq, havanın qaranlıq, əra­zinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaç­ıblar.

Saxlanılan şəxsin İran İslam Respublikasının vətəndaşı 1988-ci il təvəllüdlü Şahmüqəddəm Cəfər Həsən olması müəyyənləşdirilib.

*🌏*🦠💉COVİD-19 kimi ümumi xəstəliklər zamanı virusa yoluxan şəxsə müavinət ödənilir
Ümumi xəstəliklər zamanı (o cümlədən COVİD-19 infeksiyası) xəstəliyə yoluxan şəxsə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilir. Ancaq bunun üçün sığortaolunan sığortaedənə xəstəlik sənədi, yəni bülleten təqdim etməlidir.

APA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru Hüseyn Paşayev bildirib. Onun sözlərinə görə, bəzən vətəndaşlarda belə təssəvür yaranır ki, səhiyyə qurumları qanunvericiliklə üzərlərinə düşən vəzifələri düzgün yerinə yetirib, lakin Fond hansısa səbəblərdən o sənədləri ödənişə göndərmir: “Bu, belə deyil. Hər bir müəssisənin müavinət təyin edən komissiyası sığortaolunan müvafiq sənədləri təqdim etdikdə onun müavinət alıb-almamağı barədə hüququnun müəyyənləşdirilməsinə formal yox, diqqətlə yanaşmalıdır. Sığortaolunan ilk 14 gün ərzində davamlı xəstə olduqda müəssisə tərəfindən müavinət ödənilir.

🇦🇿❗️🇹🇷İlham Əliyev Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair memorandumu təsdiqləyib.

# Abşeronda şirkətin anbarında işçilər arasında dava olub, ölən var Oktyabrın 7-si saat 22 radələrində Abşeron rayonu ərazisində Şahin İslamovun almış olduğu xəsarət nəticəsində oktyabrın 10-u xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin iş yoldaşı Elnur Salmanov fəhlə kimi işlədikləri “Sunfood” MMC-yə məxsus anbarda şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Şahin İslamova bıçaqla xəsarət yetirib, nəticədə o, almış olduğu xəsarətdən xəstəxanada ölüb.

# Ermənistanın Xüsusi İstintaq Xidməti Serj Sarkisyanın Baden-Badenə səfəri ilə bağlı cinayət işi açıb Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin üçüncü prezidenti Serj Sarkisyanın Baden-Baden şəhərinə səfərləri ilə bağlı cinayət işi açıb.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, bu barədə xidmətin koordinatoru Daniel İoannisyan məlumat verib. O bildirib ki, 2008-2017-ci illərdə prezident təyyarəsi Baden-Badenə dəfələrlə qeyri-rəsmi səfərlər edib.

Araşdırma zamanı məlum olub ki, Almaniyanın Karlsrue şəhərinə olan bu uçuşlar zamanı reyslər mövcud qaydalara zidd olaraq prezident aparatından səfər barədə müvafiq ərizələr yazılmadan aparılıb.

Qeyd edək ki, oktybarın 8-də Ermənistan Baş Prokurorluğu üçüncü prezident Serj Sarkisyanın Baden-Baden şəhərinə səfəri zamanı baş vermiş cinayət barədə məlumatları Xüsusi İstintaq Xidmətinə göndərib.

# Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq Avtomobil yolunun 29-31-ci km aralığında, yəni Sumqayıt şəhərinə giriş-çıxış yeri ilə kəsişən hissədə əsaslı təmir işləri aparıldığından 13 oktyabr saat 06:00-dan 21:00-dək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

DİN Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nəqliyyat vasitələri avtomobil yolunun 28-ci km-dən, yəni “SOCAR” yanacaqdoldurma məntəqəsinin yanından, H.Z.Tağıyev qəsəbəsi istiqamətindən Sumqayıt şəhərinə, eləcə də şimal istiqamətində - Quba, Qusar və Xaçmaz rayonlarına hərəkətlərini davam etdirə bilərlər. Bununla yanaşı, Sumqayıt şəhərinə alternativ yol olaraq Saray və Novxanı qəsəbələrindən daxil olmaq tövsiyə edilir. Sumqayıt şəhər sakinləri isə paytaxt istiqamətinə Novxanı və Saray qəsəbələrindən keçən, o cümlədən “çöl yolu” kimi tanınan avtomobil yolları vasitəsilə magistral yola çıxmaqla hərəkət edə bilərlər.

#🚑Səhiyyə Nazirliyi:

💉Azərbaycanda 3 milyona yaxın vaksin ehtiyatı var;

🩺 Kifayət qədər süni tənəffüs aparatı var;

✅Azərbaycana yeni növ vaksin gətirilməsi gözlənilmir.

# Yazıçı Samirə Əşrəf Cəbrayıla- evlərinə gedib və çox təsirli bir yazı yazıb...

⚡️ Özümlə vaxtıyla atamın aldığı stolüstü saatı da gətirmişəm. Markası “Mayak”dır. Mənimlə yaşıd olar hardasa. İşləmir. Uzun illərdən bəri bircə dəfə anam komaya düşəndə işləmişdi. Xeyrə yozsam da, xeyir olmamışdı. Saat dayanmış, anam da dünyasını dəyişmişdi. İndi onu evimizin pəncərə yerinə qoyuram. Əqrəblər saat yeddini göstərir. Və gözlənilməzlik baş verir: saat işləməyə başlayır.

📌Azərbaycan və İran XİN başçıları iki ölkə arasındakı münasibətləri müzakirə ediblər:
📌Tərəflərin söhbətində ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmətin vacibliyi vurğulanıb. İran XİN rəhbəri Bakı və Tehran arasında uzunmüddətli və dayanıqlı münasibətlərin olduğunu bildirib.
📌Ceyhun Bayramov da Azərbaycan və İran arasında dost münasibətlərin olduğunu iranlı həmkarının diqqətinə çatdırıb və əlavə edib ki, qonşu ölkələrlə dost münasibətlər Azərbaycan üçün prioritetdir. C.Bayramov məsələlərin dialoq yolu ilə səmimi atmosferdə həllinin vacibliyini qeyd edib.

✅Hər iki nazir bir-birini Tehrana və Bakıya dəvət edib.
🚓Cəbrayılda işğaldan azad olunmuş əraziyə keçmək istəyən 5 nəfər saxlanılıb. Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

# 🇦🇿🇷🇺🇦🇲Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başlayıb.

# ❗❗❗Azərbaycanda 9-cu sinif şagirdi koronavirusdan vəfat edib

Məlumata görə, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.
Məktəblidən analiz götürülüb, onun koronavirusa yoluxduğu və bunun yüksək qızdırma ilə müşahidə olunduğu məlum olub.
Oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirilən. K. Əsgərov sonradan Bakıda klinikalardan birinə göndərilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq K. Əsgərov xəstəxanada vəfat edib. Məktəblinin bununla yanaşı güclü allergik həssaslığı da olub.
Məktəbdən verilən açıqlamada K. Əsgərovun vəfat etməsi xəbəri təsdiqlənib.
Bildirilib ki, K. Əsgərov oktyabrın 5-də sinif rəhbərinə xəstələndiyini deyib və həmin gündən məktəbə gəlməyib: “Oktyabrın 6-dan məktəblinin təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib."

# Nazir müavini: "Son 15 ildə nəqliyyat sektoruna 30 mlrd. manatdan çox investisiya yönəldilib" Avtobuslarla sərnişin daşımalarında elektron bilet sistemi arealının ölkə ərazisində genişləndirilməsi nağd hesablaşmaların aradan qaldırılmasına şərait yaradacaq. Taksi ilə daşımalar sahəsində iştirakçıların və operatorların fəaliyyətinin tənzimlənməsi istiqamətində də tədbirlər görüləcək .

# DİN: Aeroport yolunda qəzada 5 nəfər ölüb, 25 nəfər yaralanıb - SİYAHI Bu gün səhər saat 6:40 radələrində aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusunu vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xuidmətindən verilən məlumata görə, qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri - Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlifu dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb,17 nəfərin müalicəsi isə davam edir.

# 🚨SON DƏQİQƏ

ℹ️Suqovuşandan Kəlbəcərə hərəkət edən mülki avtomobil qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb. Xoşbəxtlikdən ölən və yaralanan yoxdur.

Günlük xəbərlər
foto
SON DƏQİQƏ: Ermənilər Kəlbəcərə gedən maşınlarımızı atəşə tutdu - FOTO Oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb. Müdafiə Nazirliyindən (MN) APA-ya verilən xəbərə görə, atəş nəticəsində kolonun önündə hərəkət edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin “NİVA” markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib.Xoşbəxtlikdən ölən və yaralanan yoxdur.

SON DƏQİQƏ❗️Bu gün 1265 yeni yoluxma, 868 nəfər sağalıb, 17 nəfər COVİD-19-dan vəfat edib

17: *#SONDƏQİQƏ❗*

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq

Oktyabrın 15-də Minskdə MDB XİN rəhbərlərinin iclası çərçivəsində Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü keçiriləcək.

*🌏* ‼️ 1986-cı ildə baş vermiş faciə zamanı Çernobıl Atom Elektrik Stansiyasına (AES) rəhbərlik edən Viktor Bryuxanov 84 yaşında vəfat edib.
Dövlət Gömrük Komitəsi:

Bu gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gömrük orqanları tərəfindən saxlanılan İran İslam Respublikasının vətəndaşları olan sürücülərin öz ölkələrinə qaytarılmaları barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Ermənistan Respublikasından Azərbaycan Respublikası Xankəndi şəhərinə sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinin müəyyən edilməsi faktına görə 16 sentyabr 2021-ci il tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 318.2-ci maddələri ilə başlanılmış və istintaqı aparılır.

Onların öz ölkələrinə qaytarılmaları ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.