Günlük xəbərlər

gulu1096
❗Gəncədə bayrağı dəyişərkən hündürlükdən yıxılan şəhid qardaşı xəstəxanada vəfat etdi. Allah rəhmət eləsin!
Qeyd edək ki, Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşı, 38 yaşlı Pərviz İsgəndərov sentyabrın 25-də yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılaraq xəsarət alıb. O, ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanalarının birinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.

#ℹ️Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin verilməsi müddəti noyabrın 1-dək uzadılıb.


#🇦🇿❗️🇹🇷 Türkiyə XİN başçısı: "Türkiyə və Azərbaycan arasındakı münasibətləri heç kim poza bilməz. Boş yerə səy göstərməsinlər, enerji sərf etməsinlər. Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri başqalarının əleyhinə deyil!"

#Bu gün Şuşa şəhəri və Daşaltı kəndi ərazisindən 1 avtomat, 3 mina, 30 müxtəlif növ qumbara, 7 “Foqot” qurğusu, 12 qumbaraatan mərmisi, 6 minaatan mərmisi, 11 UZRQM partladıcısı, 7380 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilib.

# 🦠 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 904 yeni yoluxma faktı qeydə alınıb, 1196 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Bu gün Hadrutun düşmən işğalından azad olunmasından 1 il ötür.

#Batumidə binanın çökməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb
Bu gün binanın dağıntılarının altından ağır vəziyyətdə çıxarılan qadın yerləşdirildiyi xəstəxanada vəfat edib

#❗Göyçayda saxta COVID-19 pasportu satan tibb işçiləri tutulub
Göyçay Rayon Polis Şöbəsinə pul müqabilində bəzi vətəndaşlara vaksin olunmadan saxta COVID-19 pasportlarının verilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı bu qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən Göyçay Rayon Mərkəzi Xəstəxanasının işçiləri, şəhər sakini H. Eyvazova, İ. Məmmədova və L. Vəliyeva saxlanılıblar.
Aparılan araşdırmalar zamanı məlum olub ki, onların qabaqcadan əlbir olaraq müraciət edən bəzi vətəndaşlara əlli, yüz manat qarşılığında vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.

#Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib

#Əfqanıstanın Qunduz əyalətindəki Səid-Abad şiə məscidində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 150-yə çatıb

#❗Siyəzəndə 9-cu sinif şagirdi itkin düşüb
Siyəzən rayonunda məktəbli itkin düşüb.

9-cu sinif şagirdi, 2005-ci il təvəllüdlü Nuriyev Nihad Vaqif oğlu 2 gün öncə məktəbə getmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb.

#‼️ “Son günlər təkcə ayrı-ayrı şəxslər, hansısa din xadimləri deyil, İran rəsmiləri də Azərbaycanı təhdid edən nitqlər söyləməyə başlayıblar. Məsələ yalnız təhdidlə də bitmir. İran Ermənistana hərtərəfli yardımlarını da davam etdirir. Əslində, rəsmi Tehranın müsəlman ölkəsi olan Azərbaycanın ərazilərini işğal edən Ermənistanı açıq və ya gizli şəkildə müdafiə etməsi 30 illik tarixə malikdir”.

❗Goranboyda minik maşını ağaca çırpılıb, ölən və yaralananlar var
Goranboyda ölümlə nəticələnən yol qzəası baş verib.
Hadisə Xanqərvənd kəndi istiqamətindən keçən yolda baş verib.

İdarəetmədən çıxan minik maşını yol kənarındakı ağaca çırpılıb Qəza nəticəsində 35 yaşlı Pərvin Abbasov hadisə yerində keçinib. Maşında olan ailənin digər üzvləri - qadın və uşaqlar yaralı vəziyyətdə Gəncədə yerləşən klinikalardan birinə çatdırılıb.

#Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Toğrul Mədətli xidmətdən kənar vaxtı elektirik cərəyanı vurması nəticəsində vəfat edib. Elektrik cərəyanı vurması nəticəsində baş verən ölüm faktı ilə əlaqədar araşdırmalar aparılır.

#Prezident İlham Əliyev: “Bunların cəfəngiyyatının dərəcəsinə baxın, onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar. Adam bilmir gülsün, yoxsa neynəsin. Azıx mağarasını aşkarlayan da azərbaycanlı arxeoloqlar olmuşlar. O arxeoloqlar böyük tədqiqat işləri aparmışdılar. Ermənilər, sadəcə olaraq, təbliğat üçün dünyanın bir neçə ölkəsindən alimlər gətirərək burada şou yaradırdılar. Demək olar ki, mağaraya böyük ziyan vurublar”

#🇦🇿İlham Əliyev: "Azad edilmiş torpaqlarda Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaqdır".

#🇷🇺🇦🇲Rusiya mətbuatı xəbər verir ki, oktyabrın 12-si Paşinyan və Putin arasında ikitərəfli görüş keçiriləcək.

#Bayıl ərazisində “Hyundai” Bayraq meydani kənarındakı dəmir yolayrıcına çırpılıb. Polisdən verilən məlumata görə, xəsarət alan yoxdur.

#Əfqanıstanda yeganə idman telekanalı fəaliyyətini dayandırıb.
“3 sport” telekanalının rəhbərliyində təmsil olunan Şafikulla Səlim Poya deyib ki, telekanal iqtisadi problemlər və hakimiyyətə gəlmiş Taliban Hərəkatının formalaşdırdığı strukturların tətbiq etdiyi məhdudiyyətlər səbəbindən fəaliyyətini dayandırıb.
O bildirib ki, son zamanlar telekanalın müxbirləri hər hansı tədbiri işıqlandırmağa gedərkən məhdudiyyətlərlə üzləşiblər.
Taliban Hərəkatının hakimiyyətə gəlməsindən sonra ölkədə ümumilikdə 150 KİV fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.