Günlük xəbərlər

gulu1096
🔥Zelenski Putinin qarşısına ŞƏRT QOYDU
Ukrayna prezidenti Vladimir Zelenski “Ukrayna ərazisinin bir hissəsinin işğalı” dayandırılacağı halda Rusiya lideri Vladimir Putinlə görüşməyə hazırdır.
APA Ukraynanın “UNIAN” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu V.Zelenskinin mətbuat katibi Sergey Nikiforov bildirib.
“Ukrayna ərazisinin bir hissəsinin Rusiya tərəfindən işğalı və ya Ukrayna vətəndaşlarının girov götürülməsi kimi fundamental məsələlər Ukrayna-Rusiya münasibətlərindən yox olan kimi Ukrayna prezidenti Moskvanın təklif etdiyi gündəmi müzakirə etməyə hazır olacaq. Zelenskinin mövqeyi budur ki, Putinlə birbaşa dialoq həm Ukrayna, həm də Rusiya xalqlarının əsas istəyi əsasında qurulmalıdır, bu da sülhə aparan yoldur”, - S.Nikiforov belə deyib.

#⚡Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü keçirilə bilər

#💉Milli Məclisin Səhiyyə komitəsi: "Üçüncü dozanın vurulmasından başqa seçimimiz yoxdur".

#❄️Şimal bölgəsinə dünən yağan qar nəticəsində Şahdağda qar örtüyünün hündürlüyü 8 sm olub.

#🇦🇿🇷🇺Prezident İlham Əliyev Vladimir Putinlə telefonla zəng edib. Onlar telefon danışığı zamanı bölgədəki vəziyyəti müzakirə ediblər.

# 🌧Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti oktyabrın 8-dək davam edəcək.

#İranın xarici işlər naziri Azərbaycana səfər etmək niyyətində olduğunu bəyan edib: “Azərbaycan və Ermənistan bizim yaxşı qonşularımızdır və onlardan biri ilə əməkdaşlıq edib digərinə qarşı işləyə bilmərik. Xarici siyasətimiz balanslıdır. İki gün əvvəl həmkarım, Ermənistanın xarici işlər naziri Tehrana gəlmişdi. Bizim azərbaycanlı həmkarımızın da İrana səfər etmək imkanı olsaydı, yaxşı olardı”, - Abdullahiyan belə deyib.