Günlük xəbərlər

gulu1096
Günlük xəbərlər
foto

❗Mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin bərpası Günü elan ediləcək

Mayın 28-i Müstəqillik Günü elan ediləcək.

məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, oktyabrın 18-i Müstəqilliyin bərpası Günü elan ediləcək. Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Qeyd edək ki, indiyə qədər mayın 28-i Respublika günü və oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.

#❗ *Son günlər Cənubi Qafqazda baş verən ciddi proseslər:*

🇹🇷❌🇮🇷 Türkiyə İranla sərhəddəki Razi sərhəd-keçid məntəqəsini bağladı.

🇦🇿❌🇮🇷 Son 24 saatda: İran hava məkanını Azərbaycanın (Naxçıvana) hərbi təchizat təyyarələrinə bağlayıb.

🇦🇲✈️🇦🇿 Ermənistan hava məkanını Azərbaycanın sərnişin və karqo təyyarələri üçün açıb.

🇬🇪❌🇮🇷 Gürcüstan İran vətəndaşlarının və nəqliyyat vasitələrinin ölkə ərazisinə quru yolu ilə daxil olmalarına qadağa qoydu və bütün yollarını bağladı.

🇦🇿🤝🇬🇪 Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq sahəsində memorandum imzalanıb.