Günlük xəbərlər

gulu1096
❗Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin vurulacaq
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.
Səhiyyə Nazirliyindən bildirilib ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası qərar qəbul edib. Qərara görə, müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurula bilər.
12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

#❗❗❗Gədəbəyin icra başçısı vəzifəsindən azad edildi
İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

#🇦🇿Prezident: “Elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək”.

# 🇦🇿❗️🇹🇷Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova ilə görüşüb.

#RƏSMİ AÇIQLAMA

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: "162 nömrəli tam orta məktəbin 8 ç sinfində 3 şagirdin COVİD-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub".

#Flora Kərimovaya “Şərəf” ordeni təqdim olunub.


# ❌ *Bu gün İran Azərbaycan tərəfinə rəsmi hərbi kanallar vasitəsilə Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyulduğunu çatdırıb.*
“ipressmedia.info” xəbər verir ki, APA bu barədə hərbi dairələrdən məlumat əldə edib.
🇮🇷Mənbə İranın Azərbaycana qarşı növbəti xəyanətinin Ermənistanın diqtəsi ilə həyata keçirildiyini iddia edib.
İran nəqliyyat-tranzit məsələlərində Azərbaycan ərazisindən daha çox istifadə edir. Bu, əsasən, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən daşımalarda özünü göstərir.
❗️"İranın Azərbaycana növbəti dəfə zərbə vurmaq cəhdi Naxçıvandakı hərbi hissələrin təchizatına bir o qədər də təsir göstərməyəcək. Azərbaycan bu marşrutdan çox az istifadə edir və daha çox digər marşrutlar üzrə daşımalara üstünlük verir" - deyə mənbə bildirib.

*🌏* 🇦🇲🤝🇮🇷 *İran və Ermənistan Gorus-Qafan yoluna alternativ olaraq nəzərdə tutulan Tatev avtomobil yolunun inşasının tamamlanması üçün əməkdaşlıq edəcək.*

*🌏**Qusara qar yağdı* 😍

ℹ️Son günlər şimal bölgəsinə yağan intensiv yağıntı dağlıq ərazilərə qar yağması ilə nəticələnib