Günlük xəbərlər

gulu1096
🇦🇿🇹🇷Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

# 🇦🇿🇦🇿🇦🇿 Dövlət başçısı: : “Azərbaycan xalqına da təşəkkürümü bildirirəm ki, müharibə dövründə bir yumruq kimi birləşib orduya dayaq oldu, mənə arxa oldu və biz bunun hesabına düşmənin başını əzdik, Qələbə çaldıq"

# Bu gün məhkəməsi keçirilməli olan “Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun səhhəti ağırlaşıb.

V. Muradov onkoloji xəstəliyi ilə bağlı klinikaya köçürülüb. Bu səbəbdən onun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməsi nəzərdə tutulan hazırlıq iclasının təxirə salınacağı gözlənilir.

Qeyd edək ki, V. Muradov 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham olunur.

#Prezident İlham Əliyev “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında" Fərman imzalayıb.

Fərmanla Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.

#Azərbaycan Prezidenti Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub;

Cəbrayılda xəstəxana, məktəb binası və ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub;

Prezident Cəbrayılda DSX-nin yeni hərbi hissə kompleksinin açılışında iştirak edib;

Bu gün Prezident İlham Əliyev Cəbrayıl rayonunda “KamAZ” markalı yük avtomobilləri üçün servis mərkəzinin təməlini qoyub;

Cəbrayıl Şəhər Mərkəzi Xəstəxanasının inşasına 500 min manat ayrılıb.

Günlük xəbərlər
foto
“Facebook” şirkəti genişmiqyaslı kəsilmədən sonra artıq bütün tətbiq və xidmətlərinə girişi bərpa etməyə başlayıb.

Bu barədə şirkətin “Twitter” səhifəsində bildirilib. “Bizə güvənən geniş insan icmaları və işadamları üçün: üzr ​​istəyirik. Tətbiqlərimizə və xidmətlərimizə girişi bərpa etmək üçün çox çalışırıq və hazırda yenidən onlayn olduqlarını bildirməkdən məmnunuq. Səbriniz üçün təşəkkür edirik”, - şirkətin paylaşımında belə deyilir.

Qeyd edək ki, artıq Azərbaycanda da “Facebook”, “WhatsApp” və “Instagram”ın fəaliyyəti bərpa olunub.