Günlük xəbərlər

gulu1096
❗Sumqayıtda naməlum şəxs qarət edə bilmədiyi mağazanı yandırıb

Hadisə şəhərin 4-cü məhəlləsində binalardan birində qeydə alınıb.

Həmin şəxs ərazidə olan “Dönər evi”nin qapısını sındıraraq içəri girib, orada olan ərzaq məhsullarını, suları və 500 manata yaxın pulu götürüb. Sonra isə oğru digər obyektə - kiçik ərzaq mağazasına girməyə cəhd edib. Qapını aça bilmədiyindən obyektin plastik material olan hissəsini yandırıb içəri girməyə çalışıb. Lakin o, istəyinə nail ola bilməyərək aradan çıxıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırmalar aparılır və hadisənin səbəbkarlarının tapılması istiqamətində müvafiq addımlar atılır._

#Bakıda sıxlıq olan küçə və prospektlərin adları açıqlanıb:

1. Alı Mustafayev küçəsi – 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

2. Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol-hər iki istiqamətdə sıxlıq

3. Rəşid Behbudov küçəsi – Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər sıxlıq

4. Bakı-Sumqayıt şossesi – şəhər istiqamətində sıxlıq

5. Babək prospekti – Yusif Səfərov küçəsi istiqamətində sıxlıq

6. Mikayıl Hüseynov prospekti – Azneft dairəsi istiqamətində sıxlıq

7. Heydər Əliyev prospekti – orta və kənar yol Atletlər kəndinin qarşısı mərkəz istiqamətində sıxlıq

8. Koroğlu Rəhimov küçəsi – Həsən Əliyev küçəsi istiqamətində sıxlıq.

#🚨Leysan yağışlar Balakən və Zaqatalada bir sıra fəsadlar törədib.

🌊Leysan yağışlar nəticəsində Balakən və Zaqatala rayonları ərazisindən axan çaylarda suyun səviyyəsi qalxıb, çaylardan qısamüddətli sel keçib. Çayların məcrasından çıxması səbəbindən sözügedən rayonların bir sıra kəndlərində həyətyanı sahələrə, evlərin zirzəmilərinə və əkin sahələrinə sel suları dolub.

#Yuxarı ətrafları amputasiya olunmuş qazilərin yüksək texnologiyalı protezlərlə təminatına başlanılır.

# "Tanınmış jurnalist Elnur Əşrəfoğlunun 4 gündür ECMO dəstəyi davam edir".

Bu barədə "Yeni klinika"dan bildirilib. Qeyd olunub ki, onun vəziyyəti ağır olaraq qalır: "Təəsüf ki, ciddi irəliləyiş yoxdu. İntensiv müalicə davam edir".

#*_Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq_*

_Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək._

_Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq._

_Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq._