Günlük xəbərlər

gulu1096
TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib.

# 🇦🇿🇹🇷Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Yaşar Gülər Azərbaycanı Silahlı Qüvvələri Baş Qərargahının rəisi Kərim Vəliyevlə görüşüb.

#TƏBİB İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev vəzifəsindən azad olunması ilə bağlı ərizə ilə müraciət edib.

Xatırladaq ki, ötən gün TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı istefa ərizəsi yazaraq vəzifəsindən ayrılıb.

#Gənclər və idman naziri Fərid Qayıbov: “Əminəm ki, Azərbaycanda qurulmuş güclü idarəçilik sistemi və ixtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik. Mən bütün həmkarlarım, dostlarım və bütün dünya üzrə idman ictimaiyyəti nümayəndələrinə təbrik və xoş arzularına görə öz təşəkkürümü bildirirəm”.

#🚅Azərbaycanda yeni tədris ilinin başlanması, eləcə də fəal istirahət dövrü olan yay mövsümünün başa çatması ilə əlaqədar sentyabrın 20-dən "Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçir.

Zərdab rayonunda fərdi yaşayış evi yanıb.

Hadisə Məmmədqasımlı kəndində qeydə alınıb.

Qeyd edək ki, həmin kəndin sakini İsbatov Ziyəddin Cəbi oğluna məxsus 4 otaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

# 🇦🇿🇹🇷Azərbaycan və Türkiyə qarşılıqlı olaraq təlimdəki xüsusi təyinatlıları ödənişsiz tibbi xidmətlərlə təmin edəcək.

Şuşada Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

#Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının ilk konserti Şuşada keçiriləcək.