Günlük xəbərlər

gulu1096
Sentyabrın 12-dən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçiriləcək.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

#🚨Kəlbəcərə icazəsiz keçmək istəyən 3 nəfər saxlanılıb.

#🇹🇷 Suriyada Türkiyənin 2 hərbçisi şəhid olub, 3-ü yaralanıb

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilər hücuma məruz qalıb.

Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb.

Yaralı hərbçilər hospitala yerləşdirilib.

# 🇮🇷İrandan yenə qanunsuzluq

11 avqustda İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq nota verildi və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə olundu.

Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağa necə davam etdiyini göstərən eksklüziv görüntülər əldə etmişik.

11 avqustdan 10 sentyabradək xüsusən yanacaq və sürtkü yağları ilə dolu 58 yük maşını müxtəlif məqsədlər üçün Xankəndiyə daxil olub. Daha sonra isə onlardan 55-i geri qayıdıb.

MDB Oyunları: Azərbaycan karateçiləri yarışı 8 medalla başa vurub

#3 otaqlı ev 500-600 manat - KİRAYƏ EVLƏRİN QİYMƏTİ ARTIB

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələri ilə bağlı qərarın gec verilməsi paytaxta və digər iri şəhərlərə üz tutan tələbələri kirayə mənzil tapmaq problemi ilə üz-üzə qoyub.
Bakıətrafı qəsəbələrdə kirayə evlərin qiyməti münasib olsa da, hazırda paytaxtın mərkəzində 3 otaqlı kirayə mənzillərin qiyməti 500-600 manatdan başlayır. Tələbələr də ən çox bundan gileylənir: “Həm pandemiya şəraitindən, həm ali məktəblərlə bağlı qərarın gec verilməsindən istifadə edən bəzi şəxslər qiymətləri süni şəkildə artırır. Bu çox anormal haldır. Düşünürəm ki, bu məsələ dövlət qurumları tərəfindən nəzarətə götürülsə, daha yaxşı olar”.
“Çox tələbə hazırda kirayə mənzil tapmaq sarıdan çətinlik çəkir. Kirayə evlər çox bahadır. Tələbələr olaraq çox istəyərdik ki, kirayə evlərin qiyməti aşağı endirilsin və hər kəs üçün münasib olsun. Çünki çox tələbələr rayondan gəlir”.
Yenicə tələbə adını qazanmış Üzeyir Kərimov isə deyir ki, bu problemi aradan qaldırılması üçün hər bir universitetin təmirli və standartlara cavab verən yataqxanası olmalıdır: “Universitetlərdə yataqxanaların olması daha məqsədəuyğun olar. Yəni hər bir universitetin özünün yataqxanası olsun. Olanlar da təmir edilsin. Bu sistemin yaradılması üçün vəsait ayrılsa, düşünürəm ki, daha gözəl olar”.
Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, hazırda əmlak bazarında müştərilərə təklif olunan kirayə mənzillərin əksəriyyəti yeni tikili binalardadır ki, onların da qiyməti köhnə tikili binalardakı mənzillərin qiymətindən ən azı 2 dəfə artıqdır: “Hər il ənənəvi olaraq avqust aynın 15-dən tələbələr və digər bölgələrdə yaşayıb şəhərdə iş quran insanlar Bakı və digər böyük şəhərlərə üz tuturlar. Lakin bu il ali təhsil müəssisələrinin açılması ilə bağlı qərarın gec verilməsi tələbələrin gec ev axtarışına çıxmasına səbəb oldu. Bu baxımdan digər vətəndaşlar, yəni paytaxta iş üçün və digər niyyətlər üçün gələn insanlar tələbələri daha tez qabaqladı və həmin ucuz qiymətə olan evlərin daha çoxunu onlar götürmüş oldu”.
Ekspert deyir ki, tələbələrin kirayə ev tutduqları əsas ərazilər Yasamal və Nərimanov rayonlarıdır. Əvvəl bu rayonların ərazisində ucuz qiymətə fərdi həyət evləri var idi, lakin hazırda həmin ərazilərin böyük bir hissəsi sökülüb, ya da yeni tikili binalarla əvəz olunub. Bu da kirayə bazarına təsirsiz ötüşməyib: “Bu gün artıq ali təhsil müəssisələrinin fəaliyyətə başlamasına az müddət qalsa da, tələbələrin böyük bir əksəriyyəti ev tapa bilmir. Bunun müxtəlif səbəbləri var. Birinci səbəb ucuz qiymətə olan evlərin bazardan çıxması, digər bir səbəb isə ev sahiblərinin tələbələrə ev verməkdən imtina etməsidir. Hazırda ev sahiblərinin böyük əksəriyyəti tələbələrə ev vermək istəmir və ya tələbələrdən ev üçün əvvəlcədən minimum 2-3 aylıq depozit istəyirlər. Bu da tələbələrin maddi gücünə uyğun olmayan bir məsələdir”.
Qeyd edək ki, bu il ölkə üzrə 44 861 nəfər tələbə adını qazanıb.

Goranboyda yük maşını yanıb.

Yük maşının özü yanğından mühafizə olunub. Havanın küləkli olması yanğın söndürənlərin işində çətinliklər yaradıb.

#SON DƏQİQƏ❗️Bu gün 2372 yeni yoluxma, 4211 nəfər sağalıb, 34 nəfər COVİD-19-dan vəfat edib

🦠 Dünyada koronavirusa yoluxanların sayı 224 milyon nəfəri ötüb

# İraqda 1 türk əsgəri şəhid olub, daha 1-i yaralanıb

# SON DƏQİQƏ❗️Bu gün 2676 yeni yoluxma, 3893 nəfər sağalıb, 38 nəfər COVİD-19-dan vəfat edib

Müdafiə Nazirliyi:

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır.

Məktublarda qeyd olunmuşdur ki, bu kimi hallar Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanata ziddir və onların qarşısının alınması xahiş olunmuşdur.

Azərbaycan Respublikasının razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır.

General-leytenant Hikmət Mirzəyev: "Azərbaycan, Türkiyə və Pakistan bəşəriyyət tarixinə qardaş ölkələr kimi düşüb".

#🇦🇿🇹🇷🇵🇰 “Üç qardaş - 2021” beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib

#Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib.

"Tofaş" markalı avtomobillə “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.