Günlük xəbərlər

gulu1096
Azərbaycan və Gürcüstanın parlament sədrləri arasında görüş keçirilib

#🦠ÜST: Koronavirus pandemiyası hələ bitməyəcək.

# Avqustun 30-da Quba rayonu, Gültəpə kənd sakini, 1966-cı il təvəllüdlü Zeydulla Əzizov almış oldığı xəsarətlər nəticəsində rayon mərkəzi xəstəxanasında ölüb.

Prokurorluqdan verilən məlumata görə, müəyyən edilib ki, avqustun 23-ü saat 01 radələrində Gültəpə kəndi ərazisində 1993-cü il təvəllüdlü Şöhrət Mursəliyev tanışı Zeydulla Əzizov arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə xəsarətlər yetirib, nəticədə Z.Əzizov avqustun 30-da almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şöhrət Mursəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir

Laçında Azərbaycan-Türkiyə birgə təlimi davam edir.

#Narkotiklərin satışı ilə məşğul olan daha 14 nəfər saxlanılıb.

#Təhsil Nazirliyi: "Vaksin olunmayan təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək.

Həmçinin vaksin əleyhinə əks göstəriş arayışı təqdim edən təhsil işçiləri rəsmi qaydada “Əks göstəriş sertifikatı”nı təqdim etməlidirlər".

#🇦🇿Ağır yaralanan daha 5 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

#Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə birləşmə, hissə və bölmələrində kompleks məşq keçirilib.

#🇹🇷🇺🇸Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək. Səfər 19-22 sentyabr tarixlərində baş tutacaq.

#Qazaxda bir ailənin 4 üzvü döyülüb.

İlkin məlumata görə, onlar öz aralarında mülk üstdə dava ediblər.Faktla bağlı araşdırma aparılır.

#🇷🇺🇦🇲Ermənistanın Müdafiə naziri Arşak Karapetyan Qarabağda yerləşən Rusiya sülhməramlılarının yeni rəhbəri Mixail Kosobokovu qəbul edib.

# 🇦🇿 Azərbaycan Ordusunun Naxçıvandakı birləşmələri kompleks məşq keçirib.

# Bu il Azərbaycanda yol qəzalarında 190 nəfər ölüb

#Bakıda üç qəsəbə arasında yolların yenidən qurulmasına 3,7 milyon manat ayrılıb

Füzulidə daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıb.

Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 660-a çatıb.

#Sentyabrın 9-da təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüş keçirib.

Təhsil Nazirliyindən verilən məlumata görə, görüşdə sentyabrın 29-da ali təhsil müəssisələrində ənənəvi təhsilin bərpası ilə bağlı müvafiq hazırlıq işlərinin həyata keçirilməsi, tədrisin təşkili, müəllim və tələbələrin vaksinasiyadan keçirilməsi, auditoriyaların və digər müvafiq infrastrukturun hazırlıq vəziyyəti müzakirə edilib və bununla bağlı təkliflər dinlənilib.


Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiq olunub:
Tədris planı üzrə ibtidai təhsil səviyyəsində dərslər həftədə 3 , ümumi orta təhsil səviyyəsində 3-4 gün təşkil edilir. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur.

Tədris ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

payız tətili: 16-20 noyabr (5 gün);
qış tətili: 27-31 yanvar (5 gün);
ibtidai siniflər üçün əlavə tətil: 1-5 may (5 gün).

Günlük xəbərlər
foto


Son günlər sosial mediada, əsasən “Instagram” platformasında yaradılmış saxta (məs: giveaway qalibləri) səhifələrdən vətəndaşların istifadə etdikləri sosial media hesablarının mesaj bölməsinə yazılaraq iştirak etdikləri “giveaway” adlı yarışların qalibi olduqları barədə məlumat verilir və hədiyyənin çatdırılması üçün onların bank hesablarına ödəniş edilməsi tələbi hallarına rast gəlinir.

Vətəndaşlarımızın diqqətinə bir daha çatdırırıq ki, bu tipli mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər.