Günlük xəbərlər

gulu1096
SON DƏQİQƏ

Təhsil Nazirliyi: Təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı qərar sabah açıqlanacaq.

#“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 11 qazi sağalaraq Vətənə dönüb.

#Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov vəzifəsindən azad olunub.

Bu barədə Səhiyyə Nazirliyindən bidlirilib. Qeyd olunub ki, o, öz ərizəsi ilə nazirliyin Aparat rəhbəri vəzifəsindən çıxıb.

#İnfeksionist: "Azərbaycanda yüksək yoluxma halları hələ bir ay azalmayacaq"

# SON DƏQİQƏ❗️Bu gün 2406 yeni yoluxma, 2867 nəfər sağalıb, 37 nəfər COVİD-19-dan vəfat edib

Yeni tədris ilinin təşkili ilə bağlı bütün suallara sabah saat 14.00-da təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçiriləcək brifinqdə aydınlıq gətiriləcək.

#🚨Ağdaşda 13 və 15 yaşında iki qız su kanalında batıb. Həyata keçirilən axtarış tədbirləri nəticəsində A.Niftəliyeva və Ə.Usubovanın meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Prezident İlham Əliyev Samir Şərifov barədə sərəncam imzalayıb.

Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Rauf oğlu Şərifov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah maliyyə naziri Samir Şərifovun 60 yaşı tamam olacaq.

#Laçında Azərbaycan-Türkiyə birgə təlimi başlayıb.

Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib.

#Ağdaşda kanaldan meyiti tapılan qızların intihar etdiyi güman olunur.

Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlanov oğurluqda təqsirləndirilir. Belə ki, E.Mövlanov Alim Qasımovun evindən qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir.

Xalq artisti Alim Qasımovun kürəkəni 9 il azadlıqdan məhrum edilib.

#Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Elnur Əli oğlu Əliyev mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Elnur Əliyev bundan əvvəl mədəniyyət nazirinin müşaviri vəzifəsində çalışıb.

#🇹🇷🦠 Türkiyə mətbuatı xəbər verir ki, ölkədə 2 nəfərdə koronavirusun "Mu" variantı aşkarlanıb.

#🌊Xəzərdə dalğanın hündürlüyü 3.5 metrə çatıb.

⛈Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 8-i gündüz saatlarınadək davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

# 1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində ermənilər tərəfindən güllələnən 12 nəfərin meyitinin müayinəsi aparıldıqdan sonra onlar əvvəlki yerdə ayrı-ayrı qəbirlərdə torpağa tapşırılıb.

Meyitlər üzərində eyniləşdirmə aparılıb, eyniləşdirmə nəticəsində hansı meyitin kimə aid olduğu müəyyənləşdirilib.

#Spiker: "Ermənistan azad olunmuş ərazilərimizə terrorçular göndərir, sərhəddə təxribatlar törədir"

#Prezident İlham Əliyev Fərid Fazil oğlu Qayıbovun Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilməsi barədə Sərəncam imzalayıb.

#Fərid Qayıbov 24 aprel 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur.

O, buna qədər Avropa Gimnastika İttifaqının prezidenti və Azərbaycan Gimnastika Federasiyasının (AGF) Baş Katibi çalışıb.

2017-ci ilin dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə idmanın inkişafında göstərdiyi xidmətlərə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

#Universitetlər 29 sentyabrdan etibarən əyani təhsilə başlayır.

# Təhsil Naziri: Növbəti tədris ili əyani olacaq

❗️Məktəblərdə:

✅22 sentyabrdan etibarən: I-IV-cü siniflər;

✅29 sentyabrdan: V-XI-ci siniflər.

ℹ️Universitetlər - 29 sentyabrdan əyani təhsilə qayıdır.

#Məktəblərdə 5 günlük dərs qrafiki olacaq.

Bəzi təhsil müəssisələrində isə 6 günlük qrafik olacaq.

Nazir: Təhsil müəssisələri üçün yeni qaydalar gələn həftə ictimaiyyətə təqdim ediləcək.

#Nazir: "Təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstəriş sertifikatını təqdim etməlidirlər. Bu, müəllimlərə də aiddir. Bununla bağlı hər hansı güzəşt etməyi planlaşdırmırıq".

Təhsil naziri: "Valideynlərdən COVID-19 pasportu tələb etmirik"

#Prezident: Son Yay Olimpiya Oyunlarında Rio Olimpiya Oyunları ilə müqayisədə az medal qazansaq da, yenə də hesab edirəm ki, idmançılarımız yaxşı nəticə göstəriblər. Düzdür, idmançılarımız bu dəfə qızıl medal qazana bilmədilər, amma ona çox yaxın idilər. Amma yenə də deyirəm, idmanda məğlubiyyətlər də olur, qələbələr də olur. Bütövlükdə idman sahəsində əldə edilmiş nəticələr çox müsbətdir. Paralimpiyaçılarımız bizi çox sevindirib və böyük məharət, peşəkarlıq, fədakarlıq göstərərək çoxlu medallar, o cümlədən bir çox qızıl medallar qazanıblar. Əlbəttə ki, bu da çox önəmli hadisədir və biz haqlı olaraq paralimpiyaçılarımızla fəxr edirik.

#İlham Əliyev: Eyni zamanda, idman sahəsində buraxılan nöqsanlar da ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır. Xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir. Onu da nəzərə almalıyıq ki, son Olimpiya Oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır. Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Necə ola bilər ki, nəsillər arasında artıq belə bir ara, elə bil ki, məsafə yaranır.

# Ölkə başçısı: Nəzərə alsaq ki, Tokio Olimpiya Oyunlarında gənc idmançılar medallar qazana bilmədilər, bu, çox ciddi təftiş edilməlidir. Klublardakı vəziyyətlə bağlı təhlil aparılmalıdır. Yəni, biz nəticə çıxarmalıyıq. Biz, əlbəttə, qələbələrlə fəxr edə bilərik. Ancaq çatışmazlıqlar da var və onlar aradan qaldırılmalıdır. Bu sahədə şəffaflıq tam təmin edilməlidir və bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır.

#İlham Əliyev: Əlbəttə ki, İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyə işində əsas rol oynamalıdır. 44 günlük Vətən müharibəsinin hər günü bizim üçün əzizdir, doğmadır. Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar. Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var.

#Gənclər və İdman naziri Fərid Qayıbov: Verdiyiniz tapşırıqlar, tövsiyələr aydın oldu, elə dərhal bu istiqamətdə işləməyə başlayacağam. Söz verirəm ki, əlimdən gələni edəcəyəm. İnanıram ki, sağlam cəmiyyətdə yaşayan Azərbaycan gəncləri yaxın gələcəkdə də öz yeni uğurları ilə, idmançılarımız isə yeni qələbələri ilə, cənab Prezident, Sizi və Azərbaycan xalqını sevindirəcəklər. Çox sağ olun.