Günlük xəbərlər

gulu1096
SON DƏQİQƏ ❗Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki mövqeləri atəşə tutulub

İyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

#Erməni mətbuatının məlumatına görə, separatçılar Xocalı ətrafında 90 4-otaqlı binalar tikməyə başlayıblar

#Politoloq Fuad Çıraqov Facebook səhifəsində etdiyi paylaşımda bildirib ki, rəsmi İrəvan sülhdən qorxur.

“Ermənistandakı son parlament seçkisindən bir neçə ay əvvəl yazmışdım ki, qarşı tərəf müharibədən çox, sülhdən, sülhdə uduzmaqdan qorxur. Hərçənd, şəxsən məndən soruşsanız, onların sülhdən daha çox udmaq potensiallarının olduğunu düşünürəm. Hər halda vəziyyət indi bildiyiniz kimidir, rasional düşünə və rasional aktor ola bilmirlər. Bunları gördüyümə görə, seçkilərdən əvvəl onun nəticələrinin nəyisə dəyişəcəyinə (ən azından yaxın zamanda) inanmadığımı, pessimist olduğumu müsahibələrdə və tədbirlərdə demişəm. Təbii ki, burda yalnız qarşı tərəfin daxili dinamikası və fobiyaları deyil, xarici faktorlar da öz neqativ rolunu oynayır”, – deyə o bildirib.

#SON DƏQİQƏ‼️ Ötən gecə Bakıda 24 yaşlı qadın yeni sintetik narkotikdən (patı) dünyasını dəyişib.

Bunu paytaxtın baş tokoloqu, dosent İsmayıl Əfəndiyev deyib.
O bildirib ki, dünyasını dəyişən qadın iki uşaq anasıdır.
İ.Əfəndiyev qeyd edib ki, son dövrlər ölkədə narkotik istifadəsinin strukturu dəyişib: “2010-cu illə müqayisədə keçən il üçün ölkədə psixostimulyatorların sayı 24 %-ə (2010-cu ildə 0,9 %) çatıb”.

# SON DƏQİQƏ❗
Casusluqda ittiham olunan ermənilərin hər biri 15 il müddətinə azadlıqdan məhrum edildi.

#Sosial şəbəkədə narkotiki təbliğ edən musiqili videolar yayan daha 6 nəfər saxlanılıb.

# ❗🇹🇷🇦🇿“Türkiyə və Azərbaycan ortaq Türk ordusunun yaradılmasını müzakirə edir”

- Mustafa Şentop

#SON DƏQİQƏ‼️ Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev vəzifəsindən azad edilib.

# ‼️ "Yeni Klinika”nın daha üç əməkdaşı həbs olunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Yeni Klinika” publik hüquqi şəxsin direktoru Pərviz Abbasov, onun işçiləri - Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxslər Q.Nəcəfov, Ə.Hüseynov və S.Mirzəyevin barələrində olan polis nəzarətində qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib. Həmin şəxslər məhkəmə zalında həbs edilib.
Məhkəmənin baxış iclası avqustun 10-na təyin edilib.

#Tokio-2020: Azərbaycan boksçusu 1/4 finala vəsiqə qazanıb

#❗🇦🇿🇷🇺🇦🇲Putin Təhlükəsizlik Şurasının iclasında Əfqanıstanla yanaşı Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyəti də müzakirə olunub

# ❗🇹🇷Türkiyədəki dəhşətli yanğında Heyvanlar və əkin sahələri ilə yanaşı Məzarlar da külə döndü

# ❗️🌊Xəzər dənizində dalğanın hündürlüyü 6 metrə çatıb